Sakit rənglərə əlvida! Viktoriya Bekhemdən 2017 Resort kolleksiyası.

 

 

Viktoriya Bekhem britaniyalı müğənni, model, aktrisa və dizayner növbəti dəfə öz kolleksiyasını moda sevərlərə təqdim etdi. Viktoriya denim geyimlər, libaslar, eynək və çanta kolleksiyaları yaradaraq öz brendini qısa müddətdə moda dünyasına sevdirib. Onun özünəməxsus üslubu artıq dünya səviyyəsində tanınmış və rəğbət qazanmışdır.

Nyu York Moda Həftəsi üçün nəzərdə tutulan kolleksiya sanki müasir qadının qarderobunda özünə yer tapa bilən və onu tamamlayan mükəmməl bir detaldır. Viktoriya resort kolleksiyası  haqda deyir: “Bu kolleksiya azadlıq, özünə güvən, güc və optimizm haqqındadır. Real həyat və real qadın üçün olan paltarlardır”. Həqiqətən də, onun yaratdığı bütün obrazlar müasir qadının qarderobuna uyğundur. Onların bir çoxunu yalnız gündəlik kombinlər üçün yox, ofis luklarımızda da istifadə etmək mümkündür.

Viktoriya bu dəfə yalnız sevimli qrafik silüetlərinə sadiq qalaraq, sakit rənglərə əlvida dedi. Kostyumlar şifon və cers materialından olan uçuşan donlarla əvəzləndi. Kolleksiyada xüsusi bir yer bleyzer və ətək kombinlərinə verilmişdir. “Düzünə qalsa, mən heç vaxt bleyzerlə ətək geyinməmişəm” – deyə Viktoriya etiraf edir. Bir dizayner üçün isə bu bir çağırış və yeni ideya qaynağı kimi dəyəndirilməlidir. 
 
 

Şəbnəm Mikailova

 
 

















Şərhlər

Menyu