Podiumda yapon ruhu. SİMON ROCHA Yaz 2017 kolleksiya nümayişi.


 

Simon Roça məşhur britaniyali dizayner Con Roçanın qızıdır. Modelyerin şəxsi brendinin sadəcə bir neçə ildir fəaliyyət göstərməsinə baxmayaraq, Simon artıq London moda dünyası və dəb səhnəsinin ulduzlarından birinə çevrilib.

SİMON ROCHA Londonda həyata keçirilmiş Yaz 2017 kolleksiyasında yapon ruhu hiss edilir. Podiumda qarşımıza daha çox ağ rəngli libaslar çıxsa da, qırmızı, sarı, qara, boz və bej rəngli geyimlərə də tez-tez rast gəlirik. Modelyer yeni kolleksiyasında libasların parlaq rəng palitrasına sahib güllərlə bəzədilməsinə üstünlük vermiş və bu da podiuma rəngarənglik, həyəcan qatmışdır.

Brendə məxsus krujevalar və plastiklərə bürünmüş modeller ipək kimono geyinmiş Kabuki teatrınının qəhrəmanlarını, yüksək dabanlı rezin çəkmələr isə yapon ayaqqabısı hesab edilən “tabi”-ni xatırlamamıza səbəb olur. Modellərin nümayiş etdirdiyi krujevalardan dizayn edilmiş düyün çantalar, şəffaf yarım qollu əlcəklər və trenç kurtkalar isə podiumun ana xəttini tamamlamağa yardım edən detallardır.

Dəbdəbəli moda şousunun stilistiyini “Dazed & Confused”-in Kreativ Direktoru Robbi Spenser etmişdir.
 
 

Hazırladı: Ülkər Kazımlı

 
 





































Şərhlər

Menyu