Beynəlxalq Mstislav Rostropoviç Festivalı 27 Aprel tarixinə qədər davam edəcək


 

Dünya şöhrətli musiqiçi, SSRİ Xalq Artisti və əvəzolunmaz violenç ifaçısı Mstislav Leopoldoviç Rostropoviç 1927-ci ildə görkəmli dahilərin beşiyi olan Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Görkəmli maestro Mstislav Rostopoviçdən Vətəni haqda soruşduqda, doğma yurdumuz Azərbaycanı xüsusi vurğulayırdı. Bəlkə də, həmin vətən sevgisi onu dəfələrlə doğma Bakıya gətirmişdir.

Dahi maestro 2007-ci ildə vəfat etməsinə baxmayaraq, onun sənətinə olan sevgi və məhəbbət bu gün də ilk olduğu kimi yaşamaqdadır. Necə deyərlər, zamanın əsdirdiyi sərt küləklər onun qranitdən yonulmuş heykəlinə təsir edə bilmədiyi kimi, əziz xatirəsini də qəlblərdən çıxara bilməyəcəkdir.
 


 

Maestronun ölümündən sonra 2007-2015-ci illərdə Rostropoviçin adını daşıyan səkkiz Beynəlxalq Musiqi Festivalı keçirilmişdir.
Qeyd edək ki, 27 mart 2017-ci il tarixində dünya şöhrətli musiqiçi Mistislav Rostropoviçin anadan olmasının 90 ili tamam oldu. Bu münasibətlə 23-27 aprel tarixində Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan dövlət FlarmoniyasıHeydər Əliyev Sarayında IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının keçirilməsi nəzərdə tutulub.

Festivalda xarici musiqiçilərlə yanaşı, Azərbaycan xalq artistləri Rauf Abdullayev və Murad Adıgözəlzadə, gənc ifaçı Ümidə Abbasova Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri ilə birgə çıxış edəcəklər .
 


 
 

Hazırladı: Gülər Abdullayeva

 

Şərhlər

Menyu