KÜÇƏ DƏBİ: London Moda Həftəsi



 
 
Burberry, Erdem, Christopher Kane, Simone Rocha, Versus Versace, Maerques Almeida, Antonio Berardi və digər dünyaca tanınmış brendlərin kolleksiyalarının nümayiş olunduğu London Moda Həftəsi İngiltərə Moda Şurasının (The British Fashion Council – BFC) təşkilatçılığı ilə fevral ayında baş tutdu. Moda dünyasının 5 gün boyunca İngiltərənin mərkəzini əhatəsinə aldığı tədbirdə Nyu York ilə müqayisə etdikdə, daha isti və rəngarəng podium səhnələrinə nümayiş etdik.

Moda həftəsi çərçivəsində Phil Oh, Diego Zuko, Jonathan Daniel kimi fotoqrafların kadrlarına yansıyan küçə dəbi nümayəndələrinin seçimləri isə podiumdakı modellərlə yarışa biləcək tərzdə idi. Təbiətin al-əlvan rəngləri ilə bərabər neytral və torpaq tonlarının, damalar və zolaqlar başda olmaqla bənzərsiz printlərin, unikal dizaynlı rubaşka və denimlərin üstünlüyü əhatəsindəki London küçələri ilin ən müxtəlif trendlərini özündə birləşdirib. İri həcmli pencək və bomber kurtkaların, metalik rəngli, dəbdən düşməyən məxmər botlar qışın son günlərini təmsil edərkən, çəhrayı, qırmızı, sarı tonlardakı üst geyimlər, ətək və şalvarlar, çiçək printləri ilə bəzənmiş libaslar isti yaz günlərini təxəyyülümüzdə canlandırır.
 
 

Hazırladı: Nailə İskəndərova

 
 
































 




























 
   



   

 

Şərhlər

Menyu