İslam Həmrəylik Oyunlarına az müddət qaldı..

 

 
 
Yaxın günlərdə ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəylik Oyunları 2005-ci ildə İslam Kofransı təşkilatı tərəfindən təsis edilib. Üç qitədə yaşayan müsəmanları birləşdirən bu oyunu indiyə qədər üç ölkə öz üzərinə götürsə də, əslində oyunlar cəmi iki dəfə keçirilib. Belə ki,ilk dəfə Səudiyyə Ərəbistanın Məkkə şəhərində keçirilən oyunlar üçün ikinci məkan İran seçilmişdi. 2009-cu ilin oktyabr ayına planlaşdırılan oyun 2010-cu ilin aprel ayına qədər təxirə salınmış, sonralar isə İran oyunun keçirilməsindən tamamilə imtina etmişdi. İslam konfransı Təşkilatı ilə İran arasında yaranmış anlaşılmazlıq oyunların ləğvinə səbəb olsa da, 2013-cü ildə oyunlar İndoneziyada yenidən keçirildi.
 

 
 
IV İslam Oyunlarına ev sahibliyi etmək isə bu il paytaxtımız Bakıya nəsib oldu. Bundan əvvəl Səudiyyə Ərəbistanıİndoneziyada keçirilən yarışlarda idmançılar 15 və 13 yarış növü üzrə yarışırdılarsa Bakıda bu yarış növlərinin sayı iyirmi birdir. Bizdən əvvəl keçirilmiş İslam oyunlarında qazanılmış medalların sayına görə Misir, İranİndoneziya siyahıda ardıcıl olaraq ilk üç yeri bölüşürlər. Azərbaycan oyunlarda uğur qazanmış ölkələrin siyahısında onuncu yerdədir. 12-22 May tarixlərində 4-cüsü paytaxtımızda baş tutacaq yarışlar xüsusən də İslam ölkələri arasında birliyin və həmrəyliyin güclənməsinə xidmət edir.
 

Hazırladı: Gültəkin Hacıyeva

 
 

Şərhlər

Menyu