Baku Street Fashion: Qış Parkında Küçə Dəbi


 

Zuleykha jurnalının paytaxtımızın müxtəlif məkanlarında həyata keçirdiyi Baku Street Fashion layihəsi ilin ən pozitiv, canlı və rəngarəng ərəfəsi – Aprel ayının yazın gəlişini ən çox hiss etdiyimiz bu günlərində adı ilə kontrast təşkil etsə də, ab-havası ilə yazı ən gözəl şəkildə vurğulaya bilən “Qış Parkında”  baş tutdu. Lokasiyası və genişliyi ilə şəhər sakinlərinin rəğbətini qazana bilmiş park istifadəyə verildiyi ilk günlərdən etibarən əksər şəhər sakinlərinin sevimli məkanına çevrilib. Şəhərin mərkəzində, təbiətin yamyaşıl əhatəsindəki istirahət məkanları, parkın ümumi məzmunu ilə vəhdət təşkil edən fərqli dizaynlı restoran və kafeləri,  müxtəlif növ ağaclarla örtülmüş geniş ərazisi, təbii daşlardan yonulmuş maraq doğuran fontanı parkın görüntüsünü olduqca zənginləşdirir.

“Qış Parkında” rast gəldiyimiz sakinlərin simalarında ilin bu ən əlvan və həyəcan dolu yaz günlərinin qığılcımlarını hiss etməmək qeyri-mümkündür. Geyimlərdə istifadə olunmuş al-əlvan detallar, çiçək motivləri, əyləncəli printlər yazın gəlişindən xəbər verir.

Xatırladaq ki, Zuleykha jurnalında davamlı olaraq keçirilməsi nəzərdə tutulan Baku Street Fashion layihəsi çərçivəsində Bakının müxtəlif küçələrində dəbli şəhər sakinlərini sizlərə təqdim etməyə davam edəcəyik. Layihə çərçivəsində şəhərimizin özünə güvənən modabazlarını çəkilişlərdə iştirak etməyə dəvət edirik! Maraqlananlar hello@zuleykha.az ünvanına yazmaqla bizimlə əlaqə saxlaya bilərlər.
 
 

Hazırladı: Nailə İskəndərova
Foto: Samir Atabəy

 
 
 


Aysel Zahidqızı

“Qaranquş” jurnalının Baş Redaktoru

 
 







Leyli Əhmədova
Stilist / Dizayner
 
 




Zümrüd Əliyeva
İnstagram Bloqer
 
 




Arzu Cəfərxanov
Komputer alış – satışı mütəxəssisi /  Müdafiə Nazirliyində texniki mühəndis

 
 



Sevinc Ağasıyeva
Bəstəkar
 
 



Kamil Dadaşov “Mauve” şirkətində Art direktor

həyat yoldaşı – qrafik dizayner Nəsrin Dadaşova 
 
 





Nərmin Novruzlu
Moda Bloqeri / Koreya dili tərcüməçisi
 
 



Xanım Səmədova
“Auto Azərbaycan” şirkətində CRM mütəxəssisi / “Campact club”-ın həmtəsisçisi

 
 




Aliyə Hümmətova
Bloqer / Akkaunt Menecer

 
 

Şərhlər

Menyu