KİNO | “İki Yad Adam”. Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” hekayəsi əsasında film çəkildi.


 

Görkəmli yazıçımız, əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin 1930-cu illərdə qələmə aldığı “Kəmtərovlar ailəsi” hekayəsi əsasında “İki Yad Adam” filmi ekranlaşdırılıb. Film “Addım” Gənclər Təşkilatının sifarişi ilə Caspian Media Group tərəfindən ərsəyə gətirilmişdir.

Filmdə fərqli iş həyatı və karyerası olan gənc Azərbaycan ailəsindən bəhs edilir.
Duyğu Dəvəli, Riad Abdul və əməkdar artist Gülşad Baxşıyevanın baş rol aldığı filmin ssenari müəllifi Nicat Dadaşov, prodüseri isə Azər Həsənovdur.
 


 

Qeyd edək ki, “İki Yad Adam” filmi Çin Xalq Respublikasının Pekin şəhərində “World Culture Open” təşkilatının dəstəyi ilə keçirilən “Grand Asian” Beynəlxalq Film Festivalında iki nominasiya üzrə iştirak edib. Final gecəsində nümayiş olunan, tamaşaçılar və münsiflər tərəfindən böyük rəğbətlə qarşılanan film “Ən yaxşı sosial mövzuda film” “Ən yaxşı aktyor oyunu” nominasiyalarında mükafata layiq görülüb.

Film aprel ayında, Səhiyyə nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsiİctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə Azərbaycanda ilk dəfə gerçəkləşəcək 1-ci Gənc Ailələrin Forumunda təqdim olunacaq.

 

Hazırladı: Rəhimə Hacıyeva
 
 

Şərhlər

Menyu