KENZO və H&M əməkdaşlığının nəticəsi. Ekstravaqant və əlvan kolleksiya!

 

 
 

Sevilən brendlər KENZO və H&M arasındakı iş birliyindən artıq çoxları xəbərdardır. Hər iki brend güclərini bir araya gətirmək üçün önəmli danışıqlar həyata keçirdərək, KENZO-nun Kreativ Direktorları Karol LimHumberto Leon əməkdaşlıq üçün gələcəyə istiqamətlənmiş maraqlı ideyalar irəli sürüblər. Beləliklə, 70-ci, 80-ci və 90-cı illərdən gələn təsviri detalların yenidən istehsalı markanın keçmişinin canlanmasına səbəb oldu.

KENZO naxışlardan, rəng çalarlarından istifadəsindəki mütəxəssisliyi və materiallarına əlavə etdiyi rəngli motivlər ilə daim seçilən bir brend olmuşdur. Bu ekstravaqant kolleksiyada da xanımlar üçün bəzəksiz, rəngsiz olan tək bir geyim var, bu da qara rəngli bluzlardır.

Gördüyümüz kimi, qeyri-adi və göyqurşağını xatırladan al-əlvan kolleksiyada qarşımıza ən çox çıxan naxışlardır. Hər bir geyimdə rəngarəng və əsrarəngiz motivlərdən istifadə olunmuşdur. H&M-in daha öncə bu qədər zəngin kolleksiya ortaya çıxarmadığını nəzərə alsaq, bu kolleksiyada neon rəngli zebra ilə, dəlisov leopard printlərin, folklor detallarının, zolaqların və koleydoskop ruhlu naxışların uğurlu bir ahəng daşıdıqlarını görə bilərik. Kolleksiyadakı hər bir dəbdəbəli geyimdə etnik elementlərə və çiçək motivlərinə böyük məhəbbət hiss edilir. Geyimlərdə həmçinin neon rəngli futuristik əlcəklər və pələng silüetlərinə geniş yer verilib. Kolleksiyanın ən gözəçarpan hissəsi isə onun loqotipini və KENZO- nun simvolu sayılan pələng silüetini əks etdirən köynəklərdir. Favoritlər siyahısındakı ipək libaslar və digər bir çox geyimlərin özəlliyi onların zamansızlığı və bu səbəbdən qarderoblarda uzun müddət qalma şanslarının olmasıdır.

 
 

Hazırladı: Ülkər Kazımlı

 
 


















Şərhlər

Menyu