Bakı Şopinq Festival! Aprelin 10-u başlayacaq tədbirdə bizləri nələr gözləyir?


 

Hər il keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi 6-8 aprel tarixlərində Baku Ekspo Mərkəzində baş tutur.

Sayca 16-ci olan sərgi növbəti dəfə turizm bazarının nümayəndələrini, dövlət strukturlarını, xarici ölkələr və bölgələr ilə işləyən turizm şirkətlərini və medianı bir araya toplayacaq. Xəzəryani turizm sənayesinin ən önəmli tədbirlərindən biri olan sərgidə önəmli görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin bağlanması, yeni istiqamət və proqramların elan edilməsi gözlənilir.

Ölkəmizdə ilk dəfə 10 aprel-10 may 2017-ci il tarixlərində keçiriləcək Bakı Şopinq Festival da bu önəmli tədbirdə iştirak edir.

Bakı Şopinq Festivalının stendindən Festivalda iştirakla bağlı ətraflı məlumat almaq, iştirakçı sahibkar qismində qoşulmaqla bağlı müraciət ərizəsini doldurmaq, festivala qoşulmuş digər mağaza və obyektlər haqda məlumat əldə etmək və Azərbaycan vətəndaşları və xarici ölkə vətəndaşlarına ƏDV-nin (Baku Shopping Festival – Tax Free) qaytarılması sisteminin necə işləməsi ilə bağlı tanış olmaq mümkün olacaq.
 


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”-nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib. Növbəti festivalın keçirilməsi isə bu ilin oktyabrına nəzərdə tutulub.
 
 

Ətraflı məlumat əldə etmək üçün:

E-mail: media@bakushopfest.com
Web: www.bakushopfest.com


 
 

Şərhlər

Menyu