“Küləyə qalib gəl”. Paytaxtımız marafon qaçışlarına hazırlaşır.


 

Bakıda paytaxt sakinlərinin də iştirakı ilə baş tutacaq növbəti maraqlı layihələrdən biri “Bakı Marafonu 2017” -yə artıq az bir müddət qaldı.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Aprelin 30-da ikinci dəfə baş tutacaq olan marafonda əsas şüar “Küləyə qalib gəl” olaraq seçilmişdir. Sağlam həyat tərzini təbliğ edən layihənin missiyası insanlarda idmana qarşı olan baxışları formalaşdırmaq, idmanın inkişafına dəstək göstərmək, insanları faydalı bir təşəbbüs üçün bir araya gətirməkdir. Layihə Sport Marketing Group (SMG) şirkətinin icraçılığı, Dənizkənarı Bulvar İdarəsiBakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq.

“Bakı Marafonu 2017” 21 km məsafədən ibarət olacaq və Dövlət Bayrağı Meydanından Bakı Olimoiya Stadionuna qədər uzanacaq. İstirahətini ən faydalı formada, bədənini və ruhunu qidalandıraraq keçirmək istəyən və 16 yaşdan yuxarı hər bir kəs qeydiyyatdan keçərək marafona qoşula bilərlər. Marafonda iştirak edənlər müxtəlif komandalara qoşulmaq, sağlamlığınızın qeydinə qalmaq və əylənməklə bərabər, həm də sponsorlardan müxtəlif hədiyyələr qazanmaq şansı əldə edəcək.
 


 

Layihənin təşkilatçıları və sponsorları idman, əyləncə və eyni zamanda hədiyyələrlə dolu bir gün keçirməniz üçün həmçinin marafon gününə qədər də maraqlı tədbirlər və kompaniyalar, fasiləli qaçış günü, məşq günləri həyata keçirməyə başlamışlar.
Marafon 2017-də fəxri qonaq qismində “Bu şəhərdə”-nin üzvləri əməkdar artistlər Rafael İsgəndərov, Coşqun RəhimovMüşviq Abbasov, natiqlik və korporativ kommunikasiya üzrə mütəxəssis, beynəlxalq biznes təlimçisi Rəşad Bayramov, gənc və istedadlı xanəndə Gülay Zeynallı və digər müxtəlif isimlər iştirak edəcəklər.

Odur ki, tənbəlliyin daşını atın. Marafon günü yaxınlaşır!

 


 

Daha ətraflı məlumat əldə etmək və qeydiyyat üçün www.bakumarathon.az saytına  müraciət edə bilərsiniz.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 
 

Şərhlər

Menyu