TREND | Martın Seçməsi | Torlu corablar


 

Bir neçə il öncəsinə qədər corablarımızın görünməməsi üçün əlimizdən gələni edir, qısa corablar, görünməz kapronlar vasitəsilə luklarımızı tamamlayardıq. Hal-hazırda isə bu stereotipdən əsər-əlamət qalmayıb. Hətta onların vizuallıq baxımından daha cəzbedici olması üçün dizaynerlər bizə qısa boylu, cırıq şalvarlar təqdim edirlər ki, bu vasitə ilə rəngarəng, naxışlı, tül və setka corablarımızı daha rahat sərgiləmək imkanımız olsun.

Hər kəs razılaşar ki, 1950-ci illərdən bəri varlığını qoruyub saxlayan setka corablar hər zaman aktual trenddir. Hətta 1960-ci illərdə bu corablar vasitəsilə mini ətək modası geniş kütlələrə yayılmışdır.  Küçə modasına da öz təsirini sürətlə göstərən trend hal-hazırda boyfriend, dizləri cırıq cinslər, sport və ya klassik ayaqqabılar, bot və stilettolar vasitəsilə həm rahat, həm də olduqca iddialı sport luklarla qarşımıza çıxır.

Uğurlu və dəbli kombinlər üçün ilk növbədə hansı tərzdə luklar sərgiləmək istədiyinizə qərar verməlisiniz. Bu trend corablar sport və günlük kombinlər yaratmaq və ya dar, uzun belli şalvarlar, tül və güpür detallı bluzlar, hündür topuqlu botlar və stillettolarla romantik və daha ciddi luklar ortaya çıxarmaq imkanı verir.

Setka corab kombinləriniz həmçinin ekstra diqqət tələb edir. Düzgün seçimlərlə kombinləndiyi zaman dəbli və qadınsı luklar ərsəyə gətirən bu trend yanlış detallarla bir araya gəldikdə, modadan uzaq və bəsit görüntülərin ortaya çıxmasına səbəb olur. Onların qara rənginə daha çox rast gəlsək də, bəyaz, çəhrayı  tonları, hətta müxtəlif daş-qaşlarla, mirvarilər və çiçək fiqurları ilə bəzənmiş formaları da olduqca sevilir. Lakin bu corablar diqqət çəkici olduğu üçün kombini nisbətən sadə formalaşdırmaq məqsədəuyğundur.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 












 
 

Şərhlər

Menyu