Sevimli Bala 3-cü ad gününü balacaların möhtəşəm konsertilə qeyd etdi!


 

2017-ci il martın 16-sı Səməd Vurğun adına Rus Dram Teatrında Sevimli Bala layihəsinin 3-illiyinə həsr olunmuş konsert baş tutdu. Bayram konserti Sevimli Bala klubları şəbəkəsinin peşəkarlar komandası tərəfindən təşkil olunmuş və ən yaxşı şagirdlərin iştirakı ilə keçirilmişdir.

Tədbir teatrın foyesində “Art” sinfi və “Gənc Modelyer” kursu şagirdlərinin işlərindən ibarət olan kiçik bir sərgi ilə başlayıb. Sərgi zamanı qonaqlar gənc istedadların gözəl əsərlərinə və itilənmiş ustalıqlarına tamaşa edə bildilər. Qonaqları maraqlı və rəngarəng konsert proqramı heyran edib. Xalq artisti Təranə Muradova və Dövlət Rəqs Ansamblının solisti Gülməmməd Şahverdiyevin rəhbərliyi altında rəqs tamaşaları, Prezident təqaüdçüsü Çinarə Quliyevanın şagirdlərinin balet tamaşaları, bədii gimnastika üzrə idman ustası Nigar Misin rəhbərliyi altında gənc gimnastların rəqsləri, Azərbaycanın Əməkdar artisti Nargilə Qəribovanın rəhbərliyi altında KiddoZ uşaq model agentliyi tələbələrinin tamaşaları, dizayner Nadiya Taziyevanın rəhbərliyi altında “Gənc Modelyer” kursunun istedadlı şagirdlərinin dəb nümayişi, xoreoqraf Ramil Məmmədlinin “Hip-Hop” sinfinin çıxışları, Səidə XeyirbəyovaZuxra Sadıqovadan “Etiket” dərsləri alan şagirdlərin mahnısı və Mikayıl Rəfiyevin vokal üzrə tələbələri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Bayram xoş və mehriban ab-havada keçmiş və bütün komandanın səhnəyə çıxaraq Sevimli Bala himnini oxuması ilə başa çatmışdır.
 


 

Sevimli Bala layihəsi 2014-cü ilin aprelində böyüyən nəslin inkişafına və tərbiyəsinə töhfə vermək məqsədilə yaradılıb. Sevimli Bala şəbəkəsinin ilk klubu 2014-cü ilin may ayında açılıb və mental arifmetika, şahmat, uşaq elmi laboratoriyalar, xarici dillər və s. kimi əlavə dərslərin geniş spektrini təqdim edir. 2016-cı ilin oktyabrında şəbəkənin Talent Studio by Sevimli Bala adlı ikinci klubu açılıb. Burada müxtəlif növ rəqs, rəssamlıq, modelləşdirilmə və aktyor sənəti dərslərinin vasitəsilə uşaqların yaradıcılıq potensialı inkişaf etdirilir. Şəbəkənin Baby-Club adlı sonuncu klubu 2016-cı ilin dekabrında açılıb və Rusiyanın məşhur “Бэби-Клуб” şəbəkəsinin Azərbaycandakı ilk filialıdır. Bu klubun fəaliyyəti 8 aydan 7 yaşadək olan uşaqların 10 intellektinin inkişafına yönəldilib. Tədbirlərin təşkili, sosial layihələr və onlarda iştirak – Sevimli Bala üçün ən əhəmiyyətli məqamlardanıdr. İDEAASAN Xidmət ilə birlikdə təşkil edilən sosial layihələr, Sevimli Bala-nın fəaliyyətinin mühüm hissəsidir.

 

Instagram: sevimlibala
Facebook: Sevimli Bala
 
 




















Şərhlər

Menyu