Marques’ Almeida. Ekstra uzun qollar, asimmetrik biçimli denim, zolaq və çiçək printləri..

 


 

Gənc portuqaliyali dizaynerlərin ötən kolleksiya nümayişi moda həvəskarlarını bir qədər məyus etmişdi. Bunun səbəbi isə Demna Qvasaliyanin təsirinin kolleksiyada həddindən artıq hiss edilməsi idi. Sanki, Marques’ Almeida-nın unikallığı və bənzərsiz özəllikləri arxa planda qalmışdı. Lakin brendin Yaz-Yay 2017 kolleksiyası bizlərə nə üçün gənc stilistləri bu qədər sevdiyimizi bir daha xatırlatdı. Bacarıqlı dizaynerlər bu kolleksiyaları ilə öz sevilən və özünəməxsus silüetlərinə geri döndülər və bu dəfəki kolleksiyada proporsiya və həcmə daha da aktuallıq qatdılar.

Marta Markiz Paul Almeida ilk dəfə idi ki, qeyri-adi libaslarda yeni dizayn və kəsimləri dənəyirdilər. Bu rəngarəng kolleksiyada böyük həcmli, şiş qollu və işçi formasına bənzər kombinezonlar ortaya çıxan ən cəlbedici detallardır. Ümumiyyətlə, Marques’ Almeida-nın Yaz-Yay 2017 kolleksiyasının əsas leytmotivi borokkorokoko estetikası əsasında formalaşmışdır. Kolleksiyanın mövsümə gətirdiyi dominant yeniliklərdən biri qobelenleri xatırladan çiçəkli printlər və yarı-şəffaf parçadan tikilmiş büzməli geyimlərdir. Podiumda atlazdan dizayn edilmiş, zolaqlı və folqaya bənzər uzun ətəklərə də tez-tez rast gəlinir.

Modelyerlər markanın debüt vaxtlarında olduğu kimi, yenidən denimə müraciət ediblər. Bənzərsiz istedadları ilə seçilən dizaynerlər adət etdiyimiz cins gödəkçələrin asimmetrik kəsimli yeni variyasiyalarını, denim materiallı fərqli dizayn edilmiş çəkmələr və ətəkləri zolaqlarla harmoniya şəklində nümayiş etdiriblər.

 
 

Hazırladı: Ülkər Kazımlı

 
 
















Şərhlər

Menyu