Etnik ab-havalı gəlinliklər. Toy-düyün bir mədəniyyətdir.

 

 
 
Daim dəyişən, yenilənən və təkrarlanan moda dünyasında sözsüz ki, gəlinliklərin də özünəməxsus inqilabları baş verir. Gəlinlik dedikdə ağla hər nə qədər klassik detallar gəlsə də, bəzən xanımlar həyatlarında ən önəmli qərarlarını verdikləri bu özəl gündə klassikadan uzaqlaşmaq və orijinallığa bürünmək istəyirlər.

Artıq moda dünyasında tez-tez təsiri hiss edilən etnik küləklər görünür gəlinlik dünyasında da sevilir və unikallıq sərgiləmək istəyən gəlinlərin seçimləri arasında öncəliyini qoruyub saxlayır. Çox qabarıq olmayan və rahat dizaynlı etnik gəlinliklər rahatlığına və sadəliyə önəm verən xanımlar üçün idealdır. Sərhəd tanımayan bu gəlinlik modelləri özündə yalnız müxtəlif etnik naxışların harmoniyasını əks etmir, həmçinin kəsimləri və dizaynı ilə də üzərinizdə dünyanın ən müxtəlif mədəniyyətlərinin qovuşduğu bir ahəng yaradır.

 

 

Qədim Yunan və Misir geyimlərini xatırladan, zərif tüllərdən dizayn edilmiş, tək qollu modellər klassik aksessuarları ilə tamamlanmış libaslar, Hind, Ərəb, Afrika kimi müxtəlif mədəniyyətlərin ənənəvi detal və aksessuraları ilə bəzənmiş gəlinlikləri yalnız cəlbediciliyə deyil, eyni zamanda orijinallığa önəm verən xanımlara xüsusən tövsiyyə edirik.

Etnik gəlinliklərin daha sadə modellərinə üstünlük verildiyi zaman, onların nisbətən dəbdəbəli aksessuarlarla tamamlanması məqsədə uyğundur. 

 

Hazırladı: Nailə İskəndərova

 
 













Şərhlər

Menyu