Şokoladlı bezelər. Ən yüngül yaz deserti.


 

Qarşıdan yaz gəlir! İnanırıq ki, ağızda əriyən, yüngül və ləzzətli bezelərə heç kim biganə qalmayacaq. Bu yüngül və dadlı şirniyyatlar çay və ya kofe ilə əla seçimdir. Şokoladlı bezelər hazırlanması çox asan və tez başa gələn bir ləzzətdir.
 

Lazım olan ərzaqlar:

– 100 qr şokolad
– 3 yumurtanın ağı
– 100 qr. şəkər tozu (0,5 stəkan)


Hazırlanması:

Şəkər tozu və yumurta ağlarını su hamamında şəkər əriyənə qədər qarışdırırıq. Şokoladı da su hamamında əridirik. Yumurta ağı və şəkər tozu ilə olan məhlulu isti halda kombaynın qabına tökürük, ağarıb yüksək pik həddinə çatana qədər çalırıq. Sonra bezeye ərimiş şokoladı töküb qaşıqla qarışdırırıq. Sobanın tavasına kalka kağızı salıb qaşıqla bezeləri ehtiyatla kağızın üzərinə qoyun. Bu ərzaqlardan 9 beze böyük alınacaq. Bezeləri 100 dərəcəli sobada 1-1.5 saat quruyana qədər bişirin.

Nuş olsun!
 
 
Hazırladı: Müjgan Həsənli

 
 






Şərhlər

Menyu