Leyli Əhmədovanın rəqəmsal illüstrasiyaları moda və incəsənəti birləşdirə bilir


 

Azərbaycanlı gənc rəssam və stilist Leyli Əhmədova yaradıcı layihələri və fotoşəkillərə qatdığı müasir ruhlu rəqəmsal illüstrasiyaları ilə son dövrlər adını tanıtmışdır.

Gənc və istedadlı sənətkarın ərsəyə gətirdiyi əl işləri müasir ruhlu incəsənət nümayişinə, özünəməxsus bacarıq və istedada əsl nümunədir. Maraq cəlb edən uğurlu işləri ilə müasir dövrün istedadlı gənclərinə örnək göstərilə biləcək Leyli Əhmədova uğurlu təhsil həyatına Əzim Əzimzadə adına rəssamlıq kolleci ilə başlamış, daha sonra İspaniyanın Madrid şəhərində Istituto Europeo di Design universitetinin moda fakultəsinə qəbul olmuş və təhsilini davam edərkən David Delfin brendində “junior designer” vəzifəsində çalışmışdır.

Parisdə stilist kimi təcrübə qazanan rəssam daima modaya və incəsənət xüsusi maraq göstərdiyini bildirir və bu marağını zəngin vizuallığa malik fotoşəkillərində əks etdirir. Gənc sənətkar hal-hazırda stilist və vizual rəssam kimi fəaliyyətini davam etdirməkdə və Aeron Wear isimli gündəlik geyim brendini yaratmaq üzərədir.

Gənc rəssamın canlı və neytral rənglərin ahəng təşkil etdiyi əl işləri, əlavə etdiyi rəqəmsal illüstrasiyalar fotoşəkilləri olduqca müasir və zəngin vizuallığa qovuşdurur.
 
 
Hazırladı: Nailə İskəndərova
 
 








Şərhlər

Menyu