STAUD. Dizayner əşyalarını öz zövqünə görə modelləşdir.


 

İlk gördüyün anda bir libasa aşiq olmaq və hər hansı bir detalı səbəbindən bizi narahat etdiyi üçün onunla vidalaşmaq.. Tez-tez qarşılaşdığımız hal. Sonunda ona əlvida deyib, nə vaxtsa bənzər modellə qarşılaşacağımıza ümidlə ayrılmaq..

“Reformation”-ın sabiq moda direktoru Sara Staundinqer və həmkarı Corc Avqustonun 2015-ci ildə ərsəyə gətirdiyi fərqli iş mexanizminə sahib STAUD brendi hər zaman aktual geyim modelləri ilə bərabər, münasib qiymətlərə uyğun kolleksiyalar yaratmaq arzusuyla ərsəyə gəlmişdir. İnsanlara sərhədsiz imkanlar təqdim edən brendin missiyası ilk növbədə, əlçatan qiymət aralığı və sifariş üzərinə geyim, aksessuar istehsalını geniş istehlakçı kütləsinə çatdırmaqdır.
 


 

Dizayn və istehsal prosesi Los Ancelesdə həyata keçirilən STAUD brendi klassikadan və vintaj ruhundan ilhamlanan müasir modellər təqdim edir. Dizaynerlərin təxəyyülü və unudulmaz səyahətlərindən canlanan brend müxtəlif libaslar, kombinezonlar, ətəklər, bluzlardan ibarət 13 fərqli kolleksiyası ilə daima müştərilərinin rəğbətini qazana bilmişdir.

Brendin ən böyük özəlliyi isə ona aid modellərin detallarının müştəri zövqünə və vücud tipinə uyğunlaşacaq formada özəlləşdirə bilməsidir. Məsələn, mini və ya maksi boydakı ətəkləri sevmirsinizsə, brend sizə bəyəndiyiniz ətəyin uzunluğunu öz zövqünüzə görə biçə bilər.

“Daha ağıllı alış-veriş” STAUD brendinin təməl idealogiyasıdır. Brend müştərinin yaradıcılıq prosesində iştirak etməsi ilə xəyal etdiyi modelləri peşəkar dizaynerlərlə birgə yaratmaq və qarderobunda uzun müddət sevib geyinəcəyi əşyaları yaratmağa kömək edir.
 
 

Hazırladı: Nailə İskəndərova

 
 


















 
 
 

Şərhlər

Menyu