Ən son top 5 manikür trendi. İşıltılar dırnaqlarda!


 

Tərzimizi sərgiləyən, lukları tamamlayan və baxımlı əllərin əvəz edilməz detalı – dırnaq boyaları hər keçən gün yenilənir və daim dəyişən moda tendensiyaları ilə birlikdə onlar da bəlli formalarda qarşımıza çıxır və ya təkrarlanır.

 Ayaqqabılar, çantalar, aksessuarlar kimi dırnaqlar da luklarımızı tamamlayan önəmli detal olduğundan, bu istiqamətdə daim dəyişən trendlər haqqında məlumat toplamaq vacibdir.

Nyud tonlar, asimmetrik printlər, zərli frençlər, işıltılı boyalarla kiçik toxunuşlar, fərqli rəng və tərzlərin kombinasiyalarının ortaya çıxdığı bu günlərdə dırnaq boyası kolleksiyanızı yeniləmək zamanıdır.

 

Metallik rənglər
Güzgü effektli dırnaqlar bu il ən yadda qalan trendlər siyahısındadır. Xüsusən də çox uzun və oval olmayan dırnaqlarda bu boyaların gümüşü, qızılı və bronz variyasiyaları lukunuzun bəlkə də ən diqqət cəlb edən detalı olacaq.
 
 

Zərli dırnaq boyaları.
Bildiyimiz kimi, 2017-nin geyim və makiyaj trendləri arasında bu il zər və biserlər – bir sözlə işıltı çox dəbdədir. Bu zamansız trend özünü dırnaq boyalarında da göstərir. Trendin ən böyük özəliyyi isə bundadır ki, o  hər yaşda xanıma yaraşıq gətirir.
 
 

Zərli fransız manikürü
Fransız manikürü nəinki öz doğma diyarında, eləcə də bütün dünyada praktikliyinə görə sevilir. Onun fərqli sintezləri artıq illərdir ən çox sevilən manikür trendləri arasındadır. Bu il isə parıltılı elementlərin dəbə gəlişi ilə bu manikür növü yan qalmayaraq, dırnaqların ucuna çəkilmiş güzgü effektli zərli dırnaq boyası ilə yansımışdır.
 
 


Çatlaq dırnaqlar
İlk baxışdan çatlamış torpağı xatırladan bu effekti almaq əsl manikür ustalarının peşəsidir. Xüsusən nyud makiyaj və bu tonlarda olan geyimlə gendəliyə belə edilə biləcək bu manikür əsasən uzun dırnaqlara yaraşıq gətirir.

 
 


Parlaq ombre

Ombre son illər nəinki geyimlərdə, hətta makiyajda istifadə edilərək göz kölgələri və dodaq boyaları ilə alına biləcək bir dəb idi. Rənglərin nizamla keçidini xatırladan bu dəbi sevənlər bu mövsümdə onu parlaq dırnaq boyalarında da istifadə edə biləcəklər.
 
 

Hazırladı: Nailə İskəndərova 
 
 

Şərhlər

Menyu