BALMAİN əsgərləri. Trend rənglər hələ bu qədər qadınsı sərgilənməmişdi.


 


BALMAİN
 Yaz 2017 kolleksiyasının nümayişi Paris Moda Həftəsi çərçivəsində baş tutdu. Alessandra Ambrosio, Cici Hadid, Doutzen Kroes, Coan Smalls, Sara Sampaio kimi şöhrətli modellərin də qatıldığı “BALMAİN əsgərləri” gələcəyə istiqamət verən dizaynlar əhatəsində Paris Moda həftəsinin izləyicilərini ovsunladılar.

Göz oxşayan naxışlar, müxtəlif təbiət printləri və aksessuarlar ilə BALMAİN iddiasını yenidən nümayiş etdirdi. Güclü və eyni zamanda zərif hisslər qoxan qadınsı kolleksiyada brend öz istiqamətindən uzaqlaşmamaq şərtilə, yaratdığı hər dəstə xüsusi diqqətlə yanaşıldığı hiss olunur. Daha çox naxış və əl işləməli dizaynların və sıx kəsimlərin ardından, Oliver Roustenq bu mövsüm daha rahat və bohem bir kolleksiya ilə qarşımıza çıxmışdır. Kolleksiyada istifadə edilən təbiətin rahatladıcı tonları ilə qadınsı işıltıların qovuşduğu kontrast rəng mübadiləsi podiumu daha da axıcı və cazibədar etməyi bacarmışdır. Detallar və aksessuarlarda isə xüsusən beli vurğulayan qalın kəmərlər və ya parça ilə dizayn edilmiş keçidlər ön plana çıxır.

Brendin baş dizayneri Oliver Roustenq bu kolleksiyası ilə əsl fransız işi sərgiləmişdir. “Bu, əslində, mənim Parisi necə gördüyümdür..” deyən dizayner istifadə etdiyi materiallar və kəsimlərdəki incəlik, detallardakı şıqlıq ilə həqiqətən də, fransız dəbdəbəsini və zərifliyini bir araya gətirən kolleksiya ortaya çıxarmışdır.

Podiumda önə çıxan digər detal isə Konstans Jablonskinin üzərində daşıdığı şıqlığı ilə bərabər, cəsarəti diqqət çəkən transparan geyimlər oldu.
 
 

Hazırladı: Nailə İskəndərova
 
 












 












 
































 
 

Şərhlər

Menyu