Çatlaq Qurabiyələr. Novruz şirniyyatlarından fərqli dad axtarışında.


 

Xalqımızın ən qədim adət və ənənələrini hələ də yaşadan, hər kəsin gəlişini səbrsizliklə gözlədiyi və sevgi ilə qarşıladığı Novruz. Bu qədim bayramımız həm də, özü ilə bərabər gətirdiyi dadlı təamları, şipşirin paxlavaları, şəkərburaları ilə hər kəsin sevimlisidir. Özünəməxsus adət-ənənələrlə dolu bu bayram ərəfəsində süfrənizə yaraşacaq, eyni ləzzətlərdən sıxılmış ailə üzvlərinizə və qonaqlarınıza təklif edə biləcəyiniz bir ləzzət təqdim edirik – Çatlaq qurabiyələr!
 

Lazım olan ərzaqlar:

– 200 qr. tünd şokolad
– 100 qr. kərə yağı
– 1 xörək qaşığı kakao
– yarım stəkan şəkər tozu
– 3 xörək qaşığı süd
– 2 yumurta
– 2 stəkandan bir qədər az un
– 1 çay qaşığı qabartma tozu
– vanil
– 1 çimdik duz
– üzəri üçün şəkər kirşanı
 

Hazırlanması:

Əvvəlcə şokolad və kərə yağını Benmari üsulu ilə əridirik. Bunun üçün bir qazana bir qədər su töküb qaynadırıq və üzərinə başqa qab qoyub içinə şokolad və kərə yağı tökürük. Suyun isti buxarının təsirindən qabdakı ərzaqlar əriyir. Daha sonra yumurta və şəkər tozuna bir çimdik duz əlavə edərək qarışdırın. Südü və ərimiş şokoladı əlavə edib yenidən qarışdırın. Un, şəkər tozu və vanili əlavə edib bir daha qarışdırın. Qabın üzərini streç ilə bağlayın və soyuducuda 30 dəqiqə saxlayın.
Xəmir sizə çox yumşaq görünsə belə, un əlavə etməyin. Çünki, soyuducuda xəmirin tərkibindəki şokolad donub bərkiyəcək. Sobanın qabına kalka kağızı sərin, xəmirdən qoz böyüklüyündə hissələr ayırıb şəkər kirşanına bulayıb qaba düzün. 170 dərəcəli sobada 15 dəqiqə bişirin. Əgər sobada çox saxlasanız, qurabiyələr sərtləşə bilər.

Nuş olsun!

 
 

Hazırladı: Müjgan Həsənli
 







 
 

Şərhlər

Menyu