WANDI Bazar BABY ROOM! Moskvanın mərkəzində gənc analara həsr olunmuş yarmarka.


25-26 mart
tarixlərində Moskvada FLAKON ərazisində WANDI BAZAR BABYROOM adı altında tematik yarmarka təşkil olunacaq.

WANDI BAZAR BABYROOM gələcəyin anaları, gənc valideynlər və onların körpələri üçün düşünülmüş interaktiv layihə, ailə, analıq, valideynlik və övladlıq atmosferi çərçivəsində həyata keçirilən önəmli tədbirdir.

WANDI BAZAR-ın ənənəsinə uyğun olaraq layihənin iştirakçılarını əsasən müsəlmanların ehtiyaclarını nəzərə almaqda olan brend və kompaniyalar təşkil edəcəklər. Tədbirdə iştirak edən şirkətlər iki gün ərzində analar və övladları üçün təbii və ekoloji cəhətdən təmiz ərzaqlar, həmçinin ailə olmağa hazırlaşanlar üçün yeni və maraqlı brendləri, xidmətləri təqdim edəcəklər. Yarmarkada qonaqlar uşaqları və ailələri üçün halal kosmetika vasitələri, hamilə qadınlar üçün dizayn edilmiş yastıqlar, körpələr üçün aksessuarlar, uşaq otaqları üçün dekor və tekstil məhsulları, halal uşaq yeməkləri, gənc analar üçün uşaq çantaları və islam tibbi nöqteyi nəzərindən hamiləliyə baxış bucağı ilə tanış ediləcəklər.

Bazarda SHIK Halal, Safe AllTevi Care kosmetik brendləri, hamilə və körpə uşaqlı analar üçün dizayn edilmiş Covered, MADO, SABR, Aniqa, By ShafiAsiya Bareeva geyim markaları, həmçinin balacalar üçün Hevesker Kids, Gul&Shah brendindən geyimlər, Dialikah Maternity brendindən etnik əl işləri, Sonya Family brendindən hamilələr üçün yastıqlar, uşaq otaqları üçün tekstil, Pati OsmanBOOBOCHKA brendindən körpələr üçün kiçik, sevimli aksessuarlar, JUJU Mama-dan gənc analar üçün körpələri daşıma çantaları, Amusing Felt-dən pambıq oyuncaqlar, Sami Toys-dan taxta kuklalar, xənçərlər, müxtəlif konstruksiyalar və Igrushki Baushki-dən uşaq otaq dekorları təqdim ediləcək.

Fud-kortda təqdim olunacaq məhsullara isə – Sweets&Dreams brendindən şirniyyatlar, Vaydaar – yenilənmiş xüsusi yaz menyuları, Plovbox – dadlı və faydalı plovlar, Çaban – Nalçik kombinatına məxsus yüksək keyfiyyətli süd məhsulları daxildir.

Yarmarkasında analar şopinq və söhbətlərlə məşğul olarkən onların körpələri Cafe Kahve-nin layihəsi olan uşaq kafesi və oyun zalında əyləncəli animatorlar vasitəsilə darıxmayacaqlar.

Qonaqlar yarmarkanın Beeko güşəsində müsəlman qaydalarına uyğun qidalanmaq, immuniteti qaldırmaq üçün doğru rejimdə yemək, hamiləlik zamanı dieta və digər aktual sualların cavablarını tapa bilərlər. Əlbəttə ki, bütün bu yararlı ərzaq və məhsulları elə buradaca almaq mümkün olacaq.

Yarmarka öz xidmətlərini həmçinin təhsil proqramı olan Wandi School ilə birləşdirərək, ikinci mərtəbədə müsəlman və rus mütəxəssisləri tərəfindən hamiləliyə hazırlıq, körpələri necə qidalandırmaq, doğru oyuncaq və oyun seçimləri və digər vacib və maraqlı mövzular haqda seminarlar keçirəcək.

WANDI BAZAR BABY ROOM – istirahət, isti münasibət, əyləncə, tanışlıq, yeni macəralar və yeni görüşlərin yeridir.

WANDI BAZAR-ın məqsədi böyük auditoriyanın Wandi Family brendi ilə tanış olmasına şərait yaratmaq, vəzifəsi isə maraqlı layihələr həyata keçirmək, aktiv və möhtəşəm insanları bir araya gətirməkdir.

Hazırladı: Nailə İskəndərova






Şərhlər

Menyu