BELLA KAREEMA növbəti yaz kolleksiyası ilə komfortu vəd edir


 
 

BELLA KAREEMA Yaz-Yay 2017 kolleksiyasını təqdim edir. Yeni mövsümdə kolleksiyanın qəhrəmanları – eleqantlıq, dəbi izləyən şıqlıq və həmişəki qadınsı motivlərdir. BELLA KAREEMA bu kolleksiyası ilə aktiv, tərzinə önəm verən, ən son moda tendensiyalarını izləyən, eyni zamanda ənənələrinə sadiq qadının obrazını təsvir edir.

Daima harmoniyanın izində və yaradıcı prinsiplərin oyanışındakı brend fərqli cizgilərdəki geyimlərin mükəmməl uyğunluğuna şahid olduğumuz bir kolleksiya ərsəyə gətirmişdir və öz tərzini formalaşdırmaq üçün xanımlara yenidən sərhədsiz imkanlar təqdim edir.

Markanın dizaynerləri detallar və materiallarla ustalıqla işləməyə davam edir və özünəxas, bənzərsiz və zəngin görüntülər ortaya çıxarırlar. Kolleksiya gündəlik geyimlərdən tutmuş, xüsusi günlər üçün dizayn edilmiş eleqant libaslarına qədər – zəngin rəng tonu, naxışlar və cizgiləri ilə olduqca çeşidlilik və bənzərsizlik əhatəsindədir. Lakin brendin ənənəvi təməl prinsipləri – mükəmməl qadınsı cizgilər, bənzərsiz məhsul keyfiyyəti həmişəki kimi ən öndə öz yerlərini qoruyurlar.

Kolleksiyanın 3 ifadə ilə təsvir edilməsi mümkündür – emosional, qadınsı, zərif. Geniş olaraq təmsil edilən təbii rəng paletini qum rəngi, bordo və dəniz mavisi uğurla təşkil edir. Klassik cinslərin kəskinliyi qadınsı bitki printləri, monofonik pastel çəhrayı və bataqlıq yaşılı ilə azaldılmışdır. BELLA KAREEMA-nın bu uğurlu çıxışı ilə cins geyimlər artıq gündəlik klassiklərdən biri deyil, onlar qadınsı obrazların təməl komponentinə çevrilmişdir.

Kolleksiya həmçinin, mövsümün ən diqqət çəkən trendlərindən birinə – tarixi geyimlərdən ilhamlanmış motivlərə də yer vermişdir. Etnik ənənələrdən ilham almış modellər komandanın 18-19-cu əsr Bolqar-Tatar geyimlərinin naxışlarının incələməsinə yönəlmiş ciddi çalışmaları və qədim naxış eskizlərinin əks olunmasının nəticəsidir.

Yeni klassika deyə biləcəyimiz brend – BELLA KAREEMA  detallar vasitəsilə xanımları ultra-dəbli vizuallığa qovuşduraraq bənzərsizlik yolunda irəliləyir.
 
 

Hazırladı: Nailə İskəndərova
 
 

 

Şərhlər

Menyu