“ROOTS”. Azərbaycanlı gənclərin moda və incəsənət layihəsi.

 

 
 

Leyli Əhmədova, Elbəy Sadıxlı, Lamiyə Ağababayeva Famil Eminlidən ibarət incəsənət ruhlu komanda bir neçə ay öncə incəsənətə və modaya olan maraqlarını birləşdirərək ortaya yaradıcı və unikal bir layihə çıxarıblar. “Roots” adı verilmiş bu özəl layihə ölkəmizin ən tarixi bölgələrindən olan Qobustanda baş tutmuşdur. Fotoçəkilişdə məqsəd olunduğu kimi Azərbaycan mədəniyyətinin tarixi, ulu babalarımızın ənənəvi yaşayış tərzini əks etdirən mədəniyyəti və milli naxışları hiss etmək mümkündür.

Ərsəyə gəlməsi üçün ölkənin istedadlı gənclərini bir araya gətirmiş layihə özündə əks etdirdiyi milli mədəniyyətimizin ənənəvi ornamentləri ilə hərkəsi heyran edir. Geyimlərdəki detallarla ifadə edilən bu dəyərlər layihənin stilisti və vizual rəssamı Leyli Əhmədovanın əlavə etdiyi rəqəmsal illüstrasiyalar vasitəsilə fərqli və diqqət cəlb edən yeni bir ruh qazanmışdır.

Layihədə istifadə edilmiş geyimlər 2011-ci ildə Səbinə Hüseyn tərəfindən Honq-Konqda yaradılmış və Azərbaycanda “First Fashion Lab” şirkəti tərəfindən təqdim edilmiş “L’ethnicAz” brendinə məxsusdur. Layihənin təşəbbüskarları onun ideyasını “moda və incəsənət arasındakı incə sərhəddən qurtulmaq və bir az çılğınlıq” olaraq ifadə edir və qiymətləndirirlər. Vizuallıq baxımından olduqca güclü əhəmiyyət kəsb edən layihənin fotoşəkilləri yeni və köhnənin, texnologiya və əl əməyinin, bəsitlik və mürəkkəbliyin – bir sözlə ziddiyyətin ahəngidir.

 

Stilist / Vizual rəssam: Leyli Əhmədova
Foto: Elbəy Sadıxlı
Vizajist: Lamiyyə Ağababayeva
Model: Famil Eminli

Hazırladı: Nailə İskəndərova

 
 






 
 

Şərhlər

Menyu