Seçilənlərdən ol! Zuleykha SHOP-dan 5 ən orijinal 8 mart hədiyyəsi.

 


 
 

Özünü xoşbəxt hiss edən bir xanım eləcə də, dəyərli və özəl olduğunu hiss etmək istər..  Bu hissi xanımlara bəxş edə bilmək üçün isə çalışmaq lazım, onun fikirlərini oxuya bilmək, zaman-zaman təəccübləndirmək lazımdır.

Sirr deyil ki, onları çox sevdiyinizi hər fürsətdə bəlli etmək, sizə ehtiyac duyduğu çətin anlarda yanlarında olmaq vacib olduğu qədər, bu zərif varlıqları daim əzizləyib ərköyünlətmək sevilməyi arzu edən hər bir kişinin əbədi öhdəliyidir. Lakin inkişaf edən bir dövrdə artıq qadınları təəccübləndirmək də asan iş deyil. Bu səbəbdən klassik şokolad qutuları, adət etdiyimiz gül buketlərini artıq daha orijinal hədiyyələr əvəz edir. Hələ qarşıdan 8 Mart Belnəlxalq Qadınlar Günü gəlirsə..

Zuleykha SHOP ən dəyərli ləl-cəvahirat olan xanımlar üçün illərlə xatirəyə çevriləcək bənzərsiz aksessuarları ilə 5 ən orijinal hədiyyəni tövsiyyə edir. Qadınlar körpə uşaq tək hər zaman təəccüblənməyi sevər. Sizin üçün önəmli olan insanlara təslim ediləcək bu orijinal hədiyyələr illər sonra da möhtəşəmliyi ilə anılacaq hadisəyə çevriləcəyində əmin ola bilərsiniz.

 
 

#1. RƏQS EDƏN KRİSTALLAR.
Zuleykha SHOP   bu orijinal boyunbağı modeli ilə yenidən bənzərsizlik anlayışının sübutu olduğunu təsdiq edir. Bu göz qamaşdıran kristal qaşlar, zəngin görünüşlü qızılı polad örtük və modern dizayn insanı ilk baxışdan belə özünə heyran edir. Əl ilə incə bir toxunuş etibarilə durmadan fırlanan dəbdəbəli qızılı halqalar və onların üzərində sanki rəqs edən işıltılı, ovsunlayıcı kristal qaşlar zənginliyin əsl harmoniyasıdır.

 
 

#2. DÜNYANIN ƏN GÖZƏL DODAQ BOYASI.
Bu dodaq boyası ilk baxışdan məhəbbətdir! Onu görənlər eyforiya hissinə düşür, içərisində gül yerləşdirilmiş bu şəffaf dodaq boyasına valeh olurlar. İstərsə il boyu etdiyiniz günahları xanımına əfv etdirməyə çalışan kişilər və ya ən sevdiyiniz rəfiqəsinə hər il sürprizlər hazırlayan xanımlar bu hədiyyədən yan keçməz. Zuleykha SHOP-da onlar həmçinin xüsusi məxmər qutularda və hədiyyə qablaşdırılmasında təqdim edilir.

 
 

#3. ÜRƏK DÖYÜNTÜSÜ EFFEKTLİ BOYUNBAĞILAR. 

Sevdiklərini görər-görməz həyəcandan döyünən ürəyi xatırladan bu boyunbağıların mərkəzindəki kristal durmadan əsir. Bir münasibətin səmimiyyətini sübut edəcək bu boyunbağı qədər simvolik ola bilməz. Üç fərqli rəngdə satışda olan bu boyunbağılar məhdud sayda olduğu olduğu üçün hədiyyənin sahibəsinə individuallıq vəd edir.

 
 

#4. ROZ- QOLD QOLBAQ VƏ ÜZÜK DƏSTİ. 

Dəbdəbə və zərifliyi üzərində bir arada daşımağı sevən xanımların zərif biləklərini bəzəyəcək müasir dizaynlı qolbaq və üzük dəsti Zuleykha SHOP favorit məhsullarından hesab edilir. Dizaynının əsas maraq dairəsinin bəm-bəyaz mirvari və iri dörd bucaqlı kristal qaş təşkil edən bu bilərzik son illərin ən sevilən trendlərdən roz-qold polad örtüklüdür. Mərkəzində yerləşdirilmiş dördbucaqlı sirkon qaşlardan ibarət üzük isə bu dəsti sadəcə zərif şəkildə tamamlayır.
 
 

#5. ŞILTAQLIQ RƏMZLİ AÇARLIQLAR.

Qadınlar şıltaq varlıqlar olub, çox zaman əyləncəli detallara üz tutur. Zuleykha SHOP belə əyləncəli detalları öz açarlıqlarında  əks etdirir. Butik bütövlüklə kristal daşlarla örtülmüş al qırmızı açarlıq dəstini məhz baxımlı qlamur xanımlara həsr edir.

 
 

Hazırladı: Nailə İskəndərova 

 
 

Şərhlər

Menyu