Vintaj gəlinliklər. Tarixdən silinməyən nəciblik.

 

 

Son dövrlər vintaj modası özünü geyimlərdən tutmuş bir çox istifadə etdiyimiz əşyalarda əks etdirir. Bu ilin daha da önə çıxacağı gözlənilən trendlərindən vintaj gəlinliklər, minimalist, sadə, lakin iddialı detallar, gəlin çiçəyindən dəvətnamələrə, masa dekorlarına qədər unikallığın toy dəvətlərində dominantlıq edəcəyi gözlənilir.

Vintaj gəlinlik dedikdə özündə romantik və mülayim ab-havanı əks edən 70-80-ci illərin Fransız moda axını ağla gəlir. Bu gəlinliklər modern zamanın qəliblərindən uzaq, bənzərsiz bir toy planlayan gəlin nümayəndələrinin seçdiyi klassik görünümlü, eyni zamanda dəbdəbəli modellərdir. Tarix boyu xanımların sevimlisi olaraq qalan, özünə xas dizayn anlayışı əsasında təkrar-təkrar qarşımıza çıxan bu gəlinlikləri bəmbəyaz güpürlər, əlcəklər, şlyapalar, retro tərzindəki çantalar, saç aksessuarları və köhnə ilə yeninin harmoniyasını ortaya şıxaran zinət əşyaları vasitəsilə möhtəşəm kombinlər əldə edə bilərsiniz.

 


 

Keçmişin romantizmini ən gözəl şəkildə ifadə edən vintaj gəlinlik modelləri özəlliklə də şıq və əyləncə dolu, daha səmimi alternativ məkanlarda xüsusi toy mərasimlərini tamamlamaq üçün ən effektiv komponentdi. Romantik bir toy xəyalı quran gəlinlərin ilkin seçimi olan vintaj gəlinliklər tarixin yox edə bilmədiyi nəcibliyi ilə keçmiş və gələcəyin əksi olaraq varlığını hələ uzun illər qoruyub saxlayacaq.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 














 
 

Şərhlər

Menyu