“Xaricdə təhsil adı ilə hər universitetə qəbul olmayın”. IGEC Baku-nun rəhbəri Ülviyyə Cəlilzadə.

 

2011-ci ildən paytaxt Bakıda fəaliyyət göstərən Avstraliyada təməli qoyulmuş beynəlxalq nüfuzlu IGEC Baku şirkəti bu gün artıq 10.000-dən yuxarı fərqli universitetlə sıx əməkdaşlıq edir. İldə təqribən 3500-dən artıq tələbəni xarici universitetlərdə təhsil almaq imkanı yaradan təşkilat son 6 ildə xüsusilə böyük uğurlar əldə etmişdir. Şirkət öz xidmətlərini tələbələrə daha yaxşı çatdırmaq üçün tez-tez tədbirlər keçirir, təhsil sərgilərində iştirak edir, həmçinin xaricdə təhsil almağın yolları, üstünlükləri və çətinlikləri haqda açıq qapı günləri elan edərək, ödənişsiz seminarlar təşkil edir.Burada təcrübəli və savadlı müəllim kadrı ilə dünya standartlarına uyğun keçirilən dərslər gənclər üçün yaradılan böyük fürsətdir.
IGEC Baku Harvard, Oksford, Miçiqan kimi dünyanın ən qabaqcıl və nüfuzlu universitetlərində, Avstraliyanın top 8 təhsil ocağında özünü inkişaf etdirmək imkanını ən rahat formada təqdim edən şirkətdir. Həmçinin, Avstraliya universitetlərinə tələbə yerləşdirmək imkanı əldə edə bilən yalnız iki şirkətdən biridir. Şirkət sizə istədiyiniz ixtisasa istədiyiniz universitetdə, istədiyiniz ölkədə yiyələnmək şansı, eyni zamanda istədiyiniz ölkədə dil biliklərinizi artıqmaq fürsəti təqdim etdiyi üçün özü ilə qürur duyur.

IGEC Baku-nun xidmətlərindən faydalanmaqla siz beynəlxalq sertifikatlar qazanacaq, ödədiyiniz məbləğin içərisində qidalanma, fitnes zalı, həftə sonu ekskursiyalar, müxtəlif ölkələrdə beynəlxalq yay məktəbləri vasitəsilə tətillərinizi ən səmərəli və faydalı formada keçirəcəksiniz.

“Fəaliyyət göstərdiyimiz dövrə baxdıqda 15.000-dən çox tələbənin həyatı məhz bizim şirkət vasitəsilə dəyişib, 40.000-dən artıq tələbə arzuladıqları xarici ölkələrdə müxtəlif dil kurslarında iştirak edib” deyən şirkətin Bakı ofisinin rəhbəri Ülviyyə Cəlilzadə tələbələri xəyallarını gerçəyə çevirməyə və gələcəkləri üçün önəmli addımlar atmağa dəvət edir. Fürsəti qaçırmadan, Zuleykha jurnalı olaraq həmvətənlərimizin xaricdə təhsil imkanları, tələbələrin keçdiyi təcrübə və digər detalları Ülviyyə xanımla müzakirə etdik və oxucularımıza təqdim edirik. 

 
 

 
 
– Neçə ildir IGEC Baku Beynəlxalq Xaricdə Təhsil şirkətiləsiniz? Sizi bir rəhbər olaraq bu şirkətə uzun illər bağlayan ən əsas səbəb nə olub?
 Artıq 5 ildir ki, IGEC Baku-da rəhbər vəzifəsində çalışıram. Vəzifəsindən asılı olmayaraq, hər kəsdə bir-birinə qarşı yüksək səmimiyyət duyulur, korporativ mədəniyyətə və loyallığa önəm verilir. Bu peşəkar şərait isə şirkətdə çalışan hər bir kəsə özlərini ailə üzvləri arasında olduğu kimi hiss etdirir.  Bir sözlə, bu şirkətə bağlanmağımın bir çox mühüm səbəbləri var.

 

IGEC Baku komandası olaraq missiyanızı nədə görürsünüz? Bakı ofisində hansı xidmətləri təklif edirsiniz?
IGEC Baku bir təhsil agentliyidir. Bu səbəbdən missiyamızı cəmiyyətin maarifləndirilməsində və vətəndaşlarımız üçün dünyanın ən qabaqcıl universitetlərində təhsil almaq imkanını yaratmaqda görürəm. Bakı ofisində isə təlabatçılara beynəlxalq dil olan İngilis dilinin tədrisi və tələbələrin dil bacarıqlarını isbatlamaları üçün beynəlxalq imtahan olan IELTS kursları da vardır. Bununla belə, nəinki doğma Bakıda, dünyanın müxtəlif yerlərində xarici dil öyrənmək imkanı yaradırıq. Eyni zamanda da, korporativ müştərilərimiz üçün Ümumi İngilis diliBiznes İngilis dili kurslarımız fəaliyyət göstərir. İndiyə qədər xidmətimizdən yararlanan tələbələrin rəylərinə əsasən, işimizin peşəkarı olduğumuzu deyə bilərəm.
 
 

 
 
– Bəs tələbələr nə üçün IGEC-i seçməlidirlər?
– Niyə IGEC? Beynəlxalq şirkət olması, bununla da dünya miqyasında təhsil sahəsində yetəri qədər təcrübəyə malik olması və ən əsası reytinqli və prestijli universitetlərin rəsmi nümayəndəsi olması.. Eyni zamanda,  həm Avstraliyanın, həm də Yaxın Şərq və Şimali Afrikanın ən böyük təhsil agentliyidir. Bu da bizi seçib etibar etmələri üçün əsaslı səbəbdir deyə düşünürəm.
 

– Yeri gəlmişkən, bu yaxında müştərilərinizə daha yaxın olmaq üçün yeni ofisə köçdünüz. Ofisiniz gənc sayağı ab-havaya uyğun sərbəst, bir o qədər də müasirdir. Dəmirçi Plazadan sevimli ev heyvanınızla tez-tez paylaşdığınız şəkillər isə deyəsən buna daha bir sübutdur.
– Həyatımızda ağ və qaradan başqa rənglər də olmalıdır. Hərdən standartlardan kənara çıxmaq lazımdır. Xüsusən də müştərilərimizin əksəriyyəti gənclər olduğundan. Onlar müasirliyi, komfortu və sərbəstliyi sevir. Bunun üçün də işlədiyimiz məkanın həm bizə, həm də müştərilərimizə xoş olmasını təmin etməliyik. Balaca dostum Ceki isə artıq hamının sevimlisinə çevrilə bilmişdir. 
 
 

 
 
– Təhsil sahəsində xaricdə fərqli təlim və təhsil proqramlarında iştirak edib maariflənmisiniz. Bu sahədə çalışan mütəxəssis üçün bu nə dərəcədə vacibdir? Təcrübənizin zənginliyinin işinizə faydası haqda danışa bilərsinizmi?
– Bəli, dünyanın müxtəlif yerlərində təlimlərdə olmuşam. Bu bizim işimiz üçün vacib amillərdən biridir. Çünki, hər adam işinin peşəkarı ilə işləmək istəyər. Demək olar ki, əməkdaşlıq etdiyimiz bütün universitet, kollec və dil məktəblərini otaq-otaq gəzmişəm. Tələbələrlə görüşdükdə onlara canlı gördüklərim haqda təssüratlarımı detallı paylaşa bilirəm. Bunu etməkdə məqsədimiz insanlara daha yaxın olmaq, peşəkar xidmət göstərə bilməkdir.
 

– İşin içində olduğunuz üçün Siz daha yaxşı bilmiş olarsınız. Bu gün tələbələrimiz daha çox hansı ölkələrdə təhsil almağa üstünlük verir?
– Tələbələrin təhsilinə görə ən çox üz tutduğu ölkələrdən İngiltərə, Kanada və Avstraliyanın adını çəkə bilərəm. Xüsusən imiqrasiya üçün isə Avstraliyanı ön plana çəkərdim. Səbəb isə şərtlərin münasibliyidir.
 
– Bəs sizin fikrinizcə, bu günə qədərki təcrübənizi nəzərə alsaq, azərbaycanlı tələbə və şagirdlər üçün təhsil almağa ən uyğun ölkə hansıdır?
– Bilirsiniz, bir çox ölkənin adını çəkmək olar. Lakin iqtisadiyyatı güclü olan ölkələrdə təhsil almağın daha faydalı və gələcək karyera baxımından münasib olduğunu düşünürəm. Bunlara ABŞ, Böyük Britaniya, Yeni Zelandiya, Kanada və Avstraliya kimi ölkələri misal çəkə bilərəm.
 
 

 
 
IGEC Baku-ya daha çox hansı təhsil proqramı üçün müraciət edir insanlar? (bakalavr, magistr, phd, dil kursu və s.)
– Daha çox müraciətlər xaricdə magistratura təhsili və xaricdə dil kursları ilə əlaqədar olur. Son zamanlarda isə təqaüdlərimizdən yararlanmaq istəyənlər doktorantura pilləsi üçün müraciətlərdə aktivlik göstərirlər.
 

– Gəlin razılaşaq ki, ölkəmizdə artıq azyaşlı şagirdlərin də xaricdə yay və qış məktəblərində təhsil alması bir trendə çevrilib. Valideynlərə bu imkanın faydalarını paylaşa bilərdinizmi?
– Bəli, razıyam. Öncəliklə, əgər valideynlərin imkanları buna uyğundursa, övladlarını xaricdə ən azından qısa müddətli kurs keçmələri üçün göndərmələrini şiddətlə tövsiyyə edərdim. Çünki, uşaq xaricdə hər hansı bir ölkədə oxumağa getdiyi zaman, müxtəlif mədəniyyətlərdən gələn bir çox həmyaşıdı ilə qarşılaşacaq və bu amil dünyagörüşünün artmasına və intellektual kapitalının zənginləşməsinə bilavasitə köməklik göstərəcək. Bununla yanaşı, analitik və kritik düşünmə, fərdi qərar vermə kimi bacarıqlarını inkişaf etdirmiş olacaq.
 

– Xaricdə təhsil almağı planlaşdıran insanlar hazırlıq prosesində daha çox nələrə diqqət etməlidirlər?
– Universitetin və yaşayacağı şəhərin özlərinə, yaşam tərzlərinə və maraqlarına  uyğun olmasına və əlbəttə ki, təhsil alacağı ixtisasda il ərzində hansı proqramların tədris olunacağına önəm verilməlidir.
 
 

 
 
– Mərkəzinizin digər özəlliyi mükəmməl İngilis dili kurslarınızdır. Bu kurslarda kimlər iştirak edə bilər?
– İngilis dili kurslarımız peşəkar və təcrübəli müəllimlər tərəfindən tədris olunur. Mərkəzimizdə 15 yaşından 56 yaşına qədər olan tələbələrimiz var.  Bu səbəbdən hədəfinə fokuslanan hər kəs kurslarımızda iştirak edə bilər.
 

– Bildiyimiz qədərilə yaxında Bakıda təhsil sərgisində təmsil olunacaqsınız. Tələbələr sizinlə harada və nə vaxt görüşə bilərlər?
– Bəli, 8-9 Aprel Hilton otelində keçiriləcək təhsil sərgisində Amerikanın ən nəhəng dil kursu ELS-in rəsmi nümayəndəsi olaraq tələbələrlə görüşəcəyik.
 
– Xaricdə təhsil almaq istəyənlərə Ülviyyədən top 3 tövsiyyə?
– #1. Trendə uyğun deyil, gələcəkləri üçün önəmli olan ixtisası seçsinlər. #2. Xaricdə təhsil adı ilə hər universitetə qəbul olmasınlar. #3. İnsan sıxlığı az olan ölkələri seçsinlər.
 
 
Hazırladı: Nailə İskəndərova
Foto: Elşad Əlizadə

 
 



         

  




 
 

Şərhlər

Menyu