MİLERO. Rənglərin dünyasında qeyb olan çantalar.

 

 
 

Yaradıcılıq yalnızca müəyyən obrazlar üzərində deyil, o cümlədən, dəb sahəsində də öz individuallığı ilə çıxış edir. Moda dünyasında ən önəmli tendensiyaları özündə daşıyan, ən yeni trendləri yaradan, müxtəlif dəb cərəyanlarını müəyyən edən əsas aksessuarlardan biri məhz çantalardır.

Rus brendi “MİLERO” tərəfindən yaradılmış klaç və çantalar rəngarəng naxışları, zövq oxşayan kəsimləri və diqqətləri yayındıran dizaynı ilə hər kəsi özünə cəlb edib. Üzəri şəffaf örtüklü olan, içərisində müxtəlif printli pambıq parçalarla astar tikilmiş bu klaçların müəyyən geyimlərlə uyğunlaşdırılması mümkündür. Bu çantalarla sadə və boz tonlardakı kombinlərə rəngarəngliyimizi, pozitivliyimizi və tərzimizi qata bilərik.

Bununla yanaşı, düzgün ayaqqabı və dodaq boyası kombinasiyası ilə mükəmməl ofis obrazı yaratmaq da asandır.

Kolleksiyaya daxil olan hər bir çanta modeli öz individuallığını qoruyub saxlaya bilir. Rənglər, istifadə edilən naxışlar, üzərinin şəffaf materialla örtüyü və kənarlarının simmetrik kəsimləri modellərə xüsusi obrazlılıq qatmışdır. “MİLERO” çantaları ən sadə və cansıxıcı lukları belə insana xoş təsir bağışlayan al-əlvan rənglərə boyamaq şansı verir.

 
 

Hazırladı: Nərmin Bağırova

 
 





 
 

Şərhlər

Menyu