ADA Universitetində 5-ci Karyera Yarmarkasında 80-dən artıq təşkilat iştirak etdi.

 

 
 

ADA Universitetində  Karyera Mərkəzinin direktoru Gülnur İsmayılın rəhbərliyi ilə 5-ci  Karyera Yarmarkası keçirdi. Tədbirdə məşğulluq bazarında təmsil olunan hökümət, qeyri-hökumət və fərdi təşkilatların təmsilçiləri burada iştirak ediblər.

Yarmarka ADA Universitetinin keçirilən Karyera Həftəsinin yekun tədbiridir. Həftə çərçivəsində təşkil edilən müxtəlif formatlı fikir mübadilələri zamanı ADA tələbələri uğurlu karyeranın qurulması ilə bağlı tövsiyyələri peşəkarların özlərindən dinləmişdir. Bir sıra təşkilat rəhbərləri yeni biznesin qurulmasından tutmuş, beynəlxalq təşkilatda karyera yüksəlişi əldə etmək barədə məsləhətləri, eləcə də işə götürən şirkətlərin universitet məzunlarından gözləntiləri barədə təqdimatlar keçirmişlər.

Tədbirdə eləcə də Zuleykha jurnalının nümayəndələri Zuleykha SHOP adından çıxış edirdi. Xatırladaq ki, sərgidə həm də universitetin tələbələrinə təklif etdiyimiz PR üzrə interna proqramına start verildi. Zuleykha SHOP -un tədbirdə təqdim etdiyi interna imkanının məqsədi uğurlu PR/Marketing/ Satış mütəxəssislərinin formalaşmasına tövhə verməkdir.

 

 
 

ADA Universitetinin bütün ixtisaslar üzrə nəzəriyyə və təcrübəni bir araya gətirən karyera yönümlü təhsili ilə tanınır. Bu günə qədər Universitetdən məzun olan gənclər arasında məşğulluq göstəricisi 84% təşkil edir. Tələbələrin əksəriyyəti iş təkliflərini məzun günündən əvvəl alırlar. Karyera Mərkəzinin fəaliyyəti də məhz belə nəticələrə yönəlmişdir. Mərkəz tələbələrlə individual qaydada işləyərək onlara gələcək peşələri baxımdan fərdi üstünlüklərini müəyyənləşdirməyə, bunları tərcümeyi hallarında vurğulamağa, maraqlandıqları peşə sahələri üzrə təcrübə proqramları keçməkdə yardım göstərir.

 

Bu il ADA-nın Karyera Yarmarkasında 80-dən çox təşkilat və şirkət iştirak edib. Universitet fürsətdən istifadə edib əlaçı təqaüdçülərin təltif edilməsi mərasimini də məhz bu gün iri holdinq və şirkət rəhbərlərinin qarşısında keçirmişdir. Əlaçı tələbələri fərqləndiklərinə görə təbrik edən Rektor Hafiz Paşayev bildirmişdir ki, universitetlər dəyişən məşğulluq bazarı üçün müvafiq bilik və bacarıqların verilməsini təmin etməlidir. Bu, xüsusilə, bilik iqtisadiyyatına nail olmaq istəyən Azərbaycan kimi ölkələr üçün vacibdir.
 
Təltifetmə mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri konsert proqramı ilə çıxış etmişdir.

Qeyd edək ki, universitetin bu tədris ili üçün ayırdığı 3,5 milyon manat məbləğində təqaüd fondu hesabına Universitetdə yüksək akademik göstəricilərlə təhsil alan yerli və xarici tələbələr, eləcə də sosial imtiyazları olan tələbələr təhsil haqqından azad olunub.

 
 
 




















 
 

Şərhlər

Menyu