Rikardo Ticinin GIVENCHY-dən ayrıldıqdan sonra hansı marka ilə işləyəcəyi danışılır..

 
 

 
 
Rikardo Tici 2005-dən bugünə 12 il baş dizayneri və kreativ direktoru olduğu GIVENCHY markasından ayrılmaq qərarı verdi.

12 il ərzində brend üçün 95 fərqli kolleksiya hazırlayan və markaya fərqli  və yeni bir ad qazandıran Ticinin yerinə kimin gətiriləcəyi haqda isə markanın sahibi LVMH (Louis Vuitton Moet Hennessy Group) tərəfindən hələ ki, açıqlama verilməyib.

Tici brendin simasını hər kolleksiyası ilə yeniləyən, ona yaradıcı toxunuş qatan dizayner idi. Markanın mövcud zərifliyi və dəbdəbəsini qotik və cazibədar bir hava ilə qovuşdurub ortaya futuristik işlər çıxaran dizayner sektorda olduqca tanınan və sevilən yerdə idi.

GIVENCHY Tiskinin istedadı sayəsində məşhurların geyinmək istədiyi, runway şoularda geyimləri ilə görülmək istədiyi brend halına gəldi. Avanqard kolleksiyaları ilə qırmızı xalçadan küçə dəbinə, dəvətlərə qədər GIVENCHY hər yerdədir.
 
 

 
 

İtalyan dizaynerin son kolleksiya nümayişi 20 yanvar tarixində Parisdəki kişi geyim və kütür kolleksiyaları ilə baş tutmuşdu. Ticinin GIVENCHY-dən sonra VERSACE ilə çalışacağı isə danışılanlar arasındadır.
 
 
Hazırladı: Nailə İskəndərova
 
 

Şərhlər

Menyu