Enn Karrinqtonun sehirli xalçalar sərgisi


 

Əvvəllər xalça deyərkən ağlımıza yalnız sadə ev əşyası gəlirdi. Sonra biz böyüdük, həyata, ənənələrimizə, gözəlliklərə daha fərqli yanaşmağa başladıq. Xalça artıq yalnız qonaq otağının dekoru deyil, həm də qədim və müxtəlif mədəniyyətləri əks etdirən fəxr mənbəyinə çevrilib.

İngiltərəli  kreativ dizayner Enn Karrinqton innovativ yaradıcılığı və istedadı ilə tanınan, qeyri-adi, göz oxşayan əl işləri ilə heç kəsin diqqətindən yayınmayan bir sənətkardır. Onun sərgiləri təşkil edilən və maraqla izlənən sənət əsərləri incəsənət ruhunun sərhəd tanımadığını bir daha sübut edir.

 


 

Heç bir anı təkrarlanmayan və hər an dəyişən həyat kimi xalçalar və onlara olan yanaşmalar da dəyişir. İndi incəsənət əsərləri ilə bir sırada artıq xalçalar durub. Karrinqtonun yaradıcılığının nümunələri isə, əlbəttə ki, bizim adət etdiyimiz xalçalar deyil, tamamilə fərqli bir şeydir.

Belə ki, Enn Karrinqton “Sehrli Xalçalar” yaradır. Bu xalçaların ərsəyə gəlməsində əsas rolu oynayan komponentlər isə müxtəlif yerlərin mistik simvollarıdır. Məsələn, Hobgoblin sehrli xalça seriyası özündə müxtəlif evlərdən toplanmış gözmuncuğu, totem və tilsimlər, at nalları, qədim pennilər, kiçik suvenirləri və s. birləşdirmişdir.

 
 

Hazırladı: Fərəh Əsgərova

 
 













 

Şərhlər

Menyu