ADA Universitetində müsabiqə! Zuleykha SHOP PR mütəxəssislərinin inkişafına tövhə verir.




 

Zuleykha SHOP ADA Universitetinin istedadlı, məqsədyönlü və çalışqan tələbələrinin iştirakı ilə 2 mart saat 14:00-da keçiriləcək 5-ci Karyera Sərgisində iştirak edəcək.

Uğurlu əməkdaşlıqlar, yeni əlaqələrin və tərəfdaşlıqların qurulması baxımından xüsusi əhəmiyyət kəsb edən bu tədbirdə Biznesin təşkili və idarə edilməsi üzrə MBA (Kənd təsərrüfatı və Logistika sahəsi üzrə ixtisaslaşmalar), Biznesin idarə edilməsi (Maliyyə/Mühasibatlıq, Menecment, İnsan resurslarının idarə edilməsi üzrə ixtisaslaşmalar), İctimai siyasət və idarəetmə, Beynəlxalq münasibətlər və diplomatiya, İnformasiya texnologiyaları və kompüter mühəndisliyi, Kompüter elmləri və sistem mühəndisliyi və İqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbə və məzunlar iştirak edəcək.

Media dəstəyi Zuleykha jurnalı tərəfindən olan bu layihənin məqsədi uğurlu PR mütəxəssislərin formalaşmasında tövhə verməkdir. Belə ki, layihədə iştirak edən hər kəs Zuleykha SHOP tərəfindən təlimləndiriləcək, xüsusi tapşırıqlar vasitəsilə yeni məlumatlar öyrənəcək, istiqamətləndirilərək qoyulmuş hədəflərə çatacaqdır.

Müsabiqənin sonunda isə qaliblər sertifikatlara sahib olacaq, eləcə də layihənin sponsoru IGEC Baku – Xaricdə Təhsil Mərkəzi tərəfindən hədiyyələr əldə etmək şansı qazanacaq:
 
– Ümumi İngilis Dili kursu- ödənişsiz bir aylıq;
– Xaricdə Yay Məktəbləri – 10% endirim;
– IELTS kursları – 50% endirim (bir aylıq);
-“TEDx style talk by IGEC” tədbirinə ödənişsiz giriş.

Bütün iştirakçılara uğurlar!
 
 
Hazırladı: Nailə İskəndərova  
 
 

Şərhlər

Menyu