Ötən gün “Sevimli Bala” klubu Xocalı faciəsinə həsr olunmuş tamaşası ilə tarixi andı

 

 
 
Xalqımızın ən kədərli tarixlərindən biri olan Xocalı faciəsinin 25-ci ildömünə bir neçə gün qalmış, “Sevimli Bala İstedadlar Studiyası”-nın tələbələri 26 fevral 1992-ci ildə erməni işğalçılarının əllərindən həlak olan qurbanların xatirəsini yad etdilər.

“Sevimli Bala” komandası, Park Bulvar Ticarət Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan xüsusi teatr tamaşası ilə çıxış ediblər. Tamaşa 25 və 26 fevral tarixlərində “KiddoZ” model agentiyi şagirdlərinin iştirakı və Azərbaycanın əməkdar artisti, Pantomima teatrının aktrisası Nargilə Qəribovanın rəhbərliyi altında həyata keçirilib. Uşaqlar qarşılarına qoyulan məqsədin öhdəsindən gəldilər – erməni silahlı dəstələrinin Xocalının dinc əhalisinə hücum etdiyi gecənin dəhşətini tamaşaçılara çatdırmağa müvəffəq oldular.

 

“Sevimli Bala” layihəsi 2014-cü ilin aprelində böyüyən nəslin inkişafına və tərbiyəsinə töhfə vermək məqsədilə yaradılıb.Layihənin şəbəkəsinin ilk klubu 2014-cü ilin may ayında açılıb və mental arifmetika, şahmat, uşaq elmi laboratoriyalar, xarici dillər və s. kimi əlavə dərslərin geniş spektrini təqdim edir. 2016-cı ilin oktyabrında şəbəkənin “Talent Studio by Sevimli Bala” adlı ikinci klubu açılıb. Burada müxtəlif növ rəqs, rəssamlıq, modelləşdirilmə və aktyor sənəti dərslərinin vasitəsilə uşaqların yaradıcılıq potensialı inkişaf etdirilir. Şəbəkənin “Baby-Club” adlı sonuncu klubu 2016-cı ilin dekabrında açılıb və Rusiyanın məşhur “Бэби-Клуб” şəbəkəsinin Azərbaycanda ilk filialıdır. Bu klubun fəaliyyəti 8 aydan 7 yaşadək olan uşaqların 10 intellektinin inkişafına yönəldilib.

“Sevimli Bala”-nın missiyası yüksək mənəvi və etik dəyərlərə sahib nəsil yetişdirməkdir. Bu səbəbdən təşkilat təhsilyönümlü sosial və xeyriyyə layihələrində fəal iştirak edir.

 
 


















  


 

Şərhlər

Menyu