Biraz Serotonin bloqu | Səhərlər erkən oyanıb, lakin enerjili olmağın 6 yolu!


 

Zəngli saatın bərbad səsini eşidir və birdən-birə yerindən dik atılırsan. Bazar ertəsi, səhər saat 07.00 və hazırlaşıb bir saat içində evdən çıxmalısan. Biraz yorğun, biraz hirslisən və bayırda da soyuq hava var. Əlbəttəki, sən yatağından heç çıxmaq istəmirsən! 

Bütün bunlar hər birimizin başına gəlir və insanda heç də xoş olmayan duyğular yaradır. Gecələr tez yatmağınıza, hətta gec yatıb, ancaq bir vərdiş kimi səhər saat 06.00-da oyanmağınıza baxmayaraq, səhərlər insanın özünə gəlməsi zaman alır.

Ancaq, yaxşı bir səhər açılışı günün bu hissəsini daha məhsuldar hala gətirə bilər və günün geri qalanında da ruh halınızı və enerji səviyyənizi yaxşılaşdıra bilər.

Bunun üçün sizə daha tez oyanmaq və yataqdan daha asan ayrılmaq ilə bağlı bəzi məsləhətlərim olacaq..
 
 

1. Gecə lampanızı səhər lampası edin.

Soyuq aylarda səhərlər oyanmaq daha çətin olur. Oyandığınız təqdirdə isə enerjiniz olmur və heç nə etmək istəmirsiniz. Buna səbəb qış səhərlərinin bədəndəki oyanmanı hərəkətə gətirmək üçün daha tünd olmasıdır. Səhər vaxtı insanlar pəncərələrindən otaqlarına günəş işığı düşdüyü zaman daha erkən oyanma meylində olur və daha enerjili olurlar. Bunun üçün səhərlər sizi oyandıra biləcək işığa ehtiyacınız vacibdir və gecə lampasını bu yerdə istifadə edə bilərsiniz.
 
 
 

2. Hər sabah eyni fəaliyyətləri (səhər duşu, idman, yoqa və s) həyata keçirin.

Hər səhər eyni fəaliyyəti yerinə yetirsəniz, beyniniz buna öyrəşəcəkdir və siz oyanmaq istəməsəniz belə bədəninizin buna ehtiyacı olduğu üçün avtomatik oyanacaqdır.

Bu rutin sizə daha yaxşı hiss etməyinizə və daha planlı davranmağınıza kömək edəcəkdir. Hətta, bir müddət sonra səhərlər əlinizi telefona aparmaq yerinə ilk edəcəyiniz daha sağlam bir şey olacaqdır.
 
 
 

3. Günlük rutininizi qeyd edin.

Günlük planınızı hər gün görə biləcəyiniz bir yerə yazın. Səhərlər qeyri-müəyyən qavrayışa sahib olan beyin bu planı görərək gün haqqında bir görüntüyə, fikrə sahib olmağınıza kömək olacaqdır. Yerinizdən durduğunuz zaman isə uzun bir müddət nə edəcəyinizi fikirləşmək yerinə fəaliyyətə keçəcəksiniz.
 
 
 

4. Oyanar oyanmaz TV-ni açmayın.

Səhərlər televizoru açmaq və hələ özünüzə gəlməmiş kənar səslər, görüntülər görmək bir ləngimə üsuludur. Bu halda siz oyanmaq, enerji qazanmaq yerinə yenə də dincəlmə rejiminə keçirsiniz. Ümumiyyətlə, insanlar səhər televiziyaya baxdığı zaman heç nə hiss etmir. Əgər özünüzü hələ tam oyanmış hiss etmirsinizsə, bu üsuldan istifadə etməyin. Bunun yerinə, düşündürən və yüksək enerjili musiqiləri olan radio kanalı dinləyin.
 
 
 

5. Səhərləri daha əyləncəli hala gətirin.

Zehninizi xoş bir fəaliyyətlə hərəkətə keçirmək sizə enerji verəcəkdir. Bunu əvvəlcədən planlasanız, səhər əyləncəli bir şey edəcəyinizi bilərək istəkli yatıb və daha rahat oyanarsınız.
 
 
 

6. Qidalanma

İnsanlar səhər yeməyinə diqqətsiz yanaşsalar da, bu bizim gün ərzində ilk yemək vaxtımız olduğu üçün çox vacibdir. Səhərlər yüngül və sağlam qidalanmaq enerjimizə və özümüzü necə hiss etməyimizə təsir edir. Hətta bəzi insanlar müəyyən dərmanlar qəbul edərək bunu səhər yeməyindən daha faydalı olacağını və ona daha çox enerji verəcəyini düşünürlər. Ən təbii halda isə, səhərlər 2 xörək qaşıqı kokos yağı qəbul etmək 24 saat ərzində enerji səviyyəsini 5% artırdığını göstərir.
 
 
 

Hər səhər həyatımızın yeni bir səhifəsinin ilk sətirləridir. Bu sətirləri bol hüzur, sevgi, anlayış və çoxlu ümidlər ilə başlayın. ☀️
 
 

Hazırladı: Qədəmli İsmayılova
Instagram: @biraz_serotonin

 
 

Şərhlər

Menyu