Stil İkonası. Vitse-prezident Mehriban Əliyevanın ilhamlandıran qarderobu.


 

Sirr deyil ki, özünəməxsus və eleqant tərzə sahib “first lady”-lər hər zaman qarderoblarına görə diqqət çəkmiş, digərlərinə nümunə ola bilmişlər.

Ölkənin sosial və mədəni həyatına verdiyi tövhələri və cəmiyyətin inkişafı üçün həyata keçirdiyi çalışmalar səbəbilə mükafatlara layiq görülən və 21 fevral tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin qərarı ilə Azərbaycan Respublikasının vitse-prezidenti seçilən Mehriban Əliyeva eyni zamanda geyim tərzinə görə dünyanın seçilmiş stil ikonalarından hesab edilir.

Kamalı ilə bərabər, baxımlı xarici görünüşü və zövqlü qarderobu sayəsində qadınsı görkəmilə diqqəti üzərinə çəkə bilən ölkənin birinci xanımı onun tərzini izləyən azarkeşlərini heç zaman yanıltmamış, daim istənilən görüş və ya tədbirə uyğun mükəmməl seçimləri ilə yadda qalmağı bacarmışdır. Alicənablığı ilə diqqət çəkən birinci xanımın əsasən bəyaz, qara və pastel tonların üstünlük təşkil etdiyi kombinləri haqda isə dünya səviyyəsində dəb bloqerləri və jurnallar yazır.

 


 

Aşırı dəbdəbədən uzaq incə zövqə sahib Mehriban Əliyevanın nəinki zərif ziyafət libaslarında, eləcə də rəsmi görüşlərə seçdiyi ciddi işgüzar dəstlərində dəb elementləri dərhal hiss olunur, bənzərsiz tərzi ilə yenidən hər kəsi adından bəhs etdirməyi bacarır.  Nəcib klassik üslubu müasir qarderobuna yansıdan xanım inamlı davranışı və nailiyyətlərilə bərabər, həm də xarici görkəmi ilə bu gün yüzlərlə digər xanımın pərəstiş etdiyi dəb ikonasına çevrilmişdir.

Güclü siması ilə tarixin yaddaşına həkk olmuş, “first lady”-lər siyahısında tərzi və inamlı xarakteri ilə moda cərəyanlarına istiqamət verən xanım Əliyevanı yeni vəzifəsi münasibətilə təbrik edirik!
 
 

Hazırladı: Nailə İskəndərova

 
 













 

Şərhlər

Menyu