Seva Lyu bloqu | Aksessuarlar vacibdir! Qışdan yaza keçən qarderob..

 


 

Demək olar ki, çox az geyindiyim, ancaq ən sevdiyim ayaqqabılarımla sonunda post hazırlaya bildim.
Niyə az deyirəm? Çünki, bu ayaqqabılarla geyim kombin etmək məni biraz çətinə salır. Bir də araya havanın soyuqluğunu qatarsaq…

Ağ qara geyim hər nə qədər mənə sadə gəlsə də, bəzən insanı çox “fresh” göstərir deyə düşünürəm. Lakin qəbul edək ki, aksessuarlarım da burada ağ qara geyimimə fərqlilik qatıb. Zuleykha SHOP bu səbəbdən xilaskarım oldu! 😉  Adətən daha az aksessuar seçiminə yer verdiyim halda bu dəfə son trendlərdən olan qarışıq rəng və topa ilə taxılan aksessuarlara yer verdim. Butikin yeni sırğa, üzük, qolbaq və boyunbağı kolleksiyasından etdiyim bəzi seçimlərimi şəhr etməyi isə sizlərə buraxıram.

Mənə görə geyimə fərqlilik verən ən əsas detal ayaqqabı və aksessuarlardır. İstədiyiniz qədər fərqli köynək və şalvar geyinin, əgər fərqli çantanız və ya eynəyiniz, ya da aksessuarlarınız o geyimə dəstək olmursa, fərqli görünməyiniz mümkün deyil.

Postlarımda Sizdən rəylərinizi də gözləyəcəm..
 

Köynək / Gözlük / Gödəkçə – Zara
Şalvar – Bershka
Aksessuar – Zuleykha SHOP
Ayaqqabı – H&M
 

Hazırladı – Seva Abdullayeva
Foto – Gülçin Məmmədova
Instagram: @seva_lyu
 





 

Şərhlər

Menyu