“Teddy Bear” paltolar. Balaca ayı balasına bürün gəz!

 

 

 Son günlər davam etməkdə olan qarlı mövsümdə isinmək üçün kimi yun şərflərə bürünür, kimi xəz dərili geyim və ayaqqabılarını qarderobdan tapıb geyinir. Moda aləminin trendləri möhtəşəmdir! Oyuncaq ayıları yəqin ki, hər kəs sevir. Artıq inanılmaz səslənsə də, sanki böyük tüklü ayı balasına sığınıb isinmək ideyası artıq realdır! 

“Teddy Bear”  kimi tanınan paltolar yumşaq materialı, şıq duruşu və praktikliyi ilə bu il qış mövsümündə xanımların ən çox bəyəndiyi üst geyim modelləri arasına girə bilib.

Oyuncaq ayıların yum-yumşaq toxunuşu və görüntüsü “Teddy Bear” palto modellərində də öz əksini tapır. Rahat, “oversize” və qabarıq görüntüsü ilə küçə modasında tez-tez rast gəldiyimiz bu şıq palto modelləri adətən şirinlik topasıdır.

 


 

“Teddy Bear” paltolarının özəlliklə krem, qəhvəyi tonlarında və açıq rənglərdəki modelləri ən çox bəyənilənlər arasındadır. Lakin qışın tünd rəngləri favoritimdi deyənlərdənsinizsə, tünd qəhvəyi və qara ilkin seçimlərinizdən olmalıdır.

Fikrimizcə, hər bir xanım öz qarderobunda bu modelə yer ayırmalıdır. Qışın ölkəmizdə həddən artıq soyuq keçməməsinə baxmayaraq, şaxtalı keçən bir neçə gün klassikadan uzaq üst geyimlərini qış qarderobumuza əlavə etmək üçün əsl səbəbdir.

Bir sözlə bu paltolar nə soyuğun, nə də küləyin təsir edə bilməyəcəyi, şıq və modern küçə stilinə xas rahatlıq və azadlıq anlayışlarını üzərində daşıyan bir modeldir.. 
 
 

Hazırladı: Nailə İskəndərova
 
 















 
 

Şərhlər

Menyu