Jasmina Daniel. Dodaqlarını Rəsm Tablosuna Çevirən Qadın.


 

 Sidneyli rəssam Jasmina Daniel (Miss Jazmina ) makiyajda və rəssamlıqda tamamilə inqilabçı addım atdı. Ortaya çıxan nəticəni görən zaman hər kəs təəccüblənir. Jasmina dodaqları bir rəsm lövhəsi olaraq görür və üzərində çəkilməsi asan olmayan kiçik bir “müstəvidə” inanılmaz təsvirlər yaradır.

Müxtəlif film obrazlarını, animasiyaları, təbiət elementlərini öz dodaqlarına qonaq edən gənc istedad, onu bəzən bir dəniz qızına, bəzən isə parçalanmağa hazırlaşan bir gəmiyə çevirir. Jasmina yaratdığı bütün obrazları yalnız makiyaj vasitəsilə edir və bu möhtəşəm əsərlərini özünün 800.000 izləyicisi olan Instagram profilində paylaşır.

Rəssam açıqlamasında bu dodaq incəsənətinə olan marağının 14 yaşında beyin xərçəngi diaqnozu qoyulduqdan sonra onu cəlb etməyə başladığını deyib: “Bu mənim müalicəm idi, mən bütün sifət və ya gözlər yerinə öz dodaqlarımla təcrübələr aparmağa başlamışdım. Artıq təqribən 4 ildir ki bu qeyri-adi incəsənət istiqamətilə məşğulam”

 
 

Hazırladı: Nailə İskəndərova

 
 



















 
 

Şərhlər

Menyu