Əyləncəli bandajlar. Körpələrin ilk yardım köməkçisi.

 


 

Şıltaq balacalar həyətdə, ya evdə oynayarkən ehtiyyatsızlıqdan tez-tez özünü yaralayır. Diqqətcil analar isə bilir ki, bu yaralar dərhal sarınmalıdır.  Lakin OH Joy ilə sağalma prosesinə kiçik bir əyləncə qata bilərsiniz. OH Joy-un ilk yardım çantası və BAND-Aid marka yapışqanlı bandajları diqqətçəkən dizaynı ilə yalnız balacaların deyil, biz böyüklərin də diqqətini cəlb edir.

Müxtəlif rənglər və əyləncəli printlərlə dizyan edilmiş bu bandajlar üzərində “hər şey yaxşıdır”, “getdik!” kimi həyəcandan uzaqlaşdıran ifadələri ilə ağrılı prosesi körpələrə daha asan keçirməyə kömək edir, üzlərində təbəssüm yaradır.

Yığcam ölçüsü və rahat istifadəsi sayəsində bu ilk yardım çantasını evdə və ya maşında saxlamaq mümkündür. Beləcə, siz və balacalarınız hər cür hadisə üçün əlinizin altında sevimli bir ilk yardım çantası ilə tamamilə hazırlıqlı olacaqsınız.
 

Hazırladı: Nailə İskəndərova
 





 
 

Şərhlər

Menyu