Rəssam Mark Şaqal dizayner Anna Yatskonun özünəməxsus kolleksiyasında

 

 

Son zamanlar diqqət çəkən rusiyali dizayner Anna Yatsko hələ 13 il öncə universitetdə təhsil alarkən şəxsi kolleksiyasını yaratmaq haqqında düşünməyə başlamışdı.

2009-cu ildə Anna Moskvaya köçəndə onun fransız buduar estetikasına həsr olunmuş, “Charlotte” kolleksiyası artıq hazır idi. “Charlotte” düz bir ilə hazırlandı və bu əsrarəngiz kolleksiyada incə naxışlar, haşiyələr əl işi ilə hazırlanmışdı. O, bir müddət aradan sonra işinə geri dönərək Tina Kandelaki ilə işləməyə başlayır. Hal-hazırda stil ikonası sayılan Tinanın stilistidir.

Anna Yatsko avanqard rus rəssam Mark Şaqaldan ilhamlandığı bənzərsiz “For Chagall” kolleksiyasını bu yaxınlarda yekunlaşdırdı. O, sevimli rəssamı Şaqalın Milanda keçirilən sərgisindən ilhamlanaraq bu kolleksiyanı yaratmağı qərar vermişdi.

 


 

Kolleksiyadakı cazibədar geyimlərdə hər bir elementə, hər bir əşyaya şəxsi münasibət nəzərdən qaçmır. Kolleksiyanın təqdimatında bütün xırda detallar diqqətlə düşünülmüşdür. Dizayner “For Chagall”-ı ərsəyə gətirərkən kütləviliyi deyil, əsasən eksklüzivlik və individuallığı nəzərə almışdır. Kolleksıyanın aparıcı hissəsini təşkil edən rəngarəng libaslar və paltolarda yüksək təxəyyülə əsaslanan təbii yaradıcılıq qüvvəsi hiss olunur.

Dizayner ərsəyə gətirdiyi vizuallıqda sanki Şaqalın rəsm əsərlərindəki obrazlar və qəhrəmanları ən təbii formada canlandırıb. Kolleksiya bütövlükdə parlaq, eyni zamanda sənətkarın rəsm əsərlərindəki işlərə əsaslananan mülayim ab-havanı özündə qoruyub saxlaya bilmişdir.

 

Hazırladı: Ülkər Kazımlı

 
 









Şərhlər

Menyu