İncəsənət hər yerdədir. Havada hərəkət edən mayeni yaxalayan fotoqrafiya.

 

Yaradıcı ortağı və əməkdaşı stilist rəssam Lei MakMillan ilə Torontoda yaşayan natürmort fotoqrafı Maykl Kriçton qabaqcıl texniki bacarıqlarına əsaslanaraq konseptual qida seriyasını təqdim edib. Yediyimiz məhsulları hərəkət halında yaxalayaraq fotolarda canlandıran fotoqrafın bu seriyası kompozisiya baxımından fərqli mənzərə alındıra bilmişdir.

Cütlük müxtəlif mövzular üzərində işləyir. Lakin soyuducudakı qida məhsulları onların başlıca maraq dairəsidir.
Bu əməkdaşlığın nəticəsi McDonald’s,  Nutella  Kellog kimi böyük markaların diqqətini cəlb edə bilmişdir.

Yaradıcı cütlük incəsənət fotoqrafiyasını kommersiya fotoqrafiyasının tələbləri ilə xoş bir şəkildə birləşdirdiklərini deyirlər. Sənət mütləq sənət naminə edilməməlidir. Mayklın da dediyi kimi “İlham hər yerdədir və deməli incəsənət də hər yerdə ola bilər.”
 
 

Hazırladı: Nailə İskəndərova
 
 










 

Şərhlər

Menyu