SAFE ALL. İlk halal uşaq kosmetika brendi artıq satışda!


 

Rusiyada WANDI BAZAR BABYBOOM layihəsi çərçivəsində  ilk halal uşaq kosmetika brendi yaradılıb.
Gənc analar üçün bir çox layihələr həyata keçirən WANDI BAZAR BABYBOOM Moskvada kosmetika sənayesinin son yenilikləri nəticəsində meydana gəlmiş, ailə sevgisi və dəyərləri, dərin əmək sayəsində ərsəyə gəlmiş SAFE ALL unikal kosmetika brendi ilə gənc anaların xəyallarını gerçəkləşdirdi.

Moskvada yaşayan Liliya Raşitova gənc və qayğıkeş bir anadan ekoloji, təmiz və etik uşaq kosmetik markasının yaradıcısına qədər uzun bir yol keçib. O bu yolda ən böyük yardım və dəstəyi isə kiçik qızları Sofiya və Aliyadan almışdır. SAFE ALL- Markanın adının bu iki balaca xanımın adından götürülməsi də təəccüblu deyil.

Hal-hazırda SAFE ALL brendi incə uşaq dərisi üçün 5 zəruri məhsul istehsal edir: uşaq kremi, şampun – duş üçün gel, vanna üçün köpük, vanna üçün süd və dermatitə qarşı krem. Brend uşaqlar üçün məhsul növlərinin genişləndirilməsi və həmçinin ata-analar üçün təbii kosmetika xəttinin hazırlanması üzərində işlərini davam etdirir.
 

SAFE ALL nədir:
– Bir ana tərəfindən yaradılmış, uşaqların ehtiyaclarını ən mükəmməl bilən və valideynlərin istəklərini anlayan kosmetika brendidir;
– Effektiv anti-allergik vəsaitdir, qıcıqlanma və qızartıları azaldır
– Tərkibində təbii və orqanik maddələr istifadə edilir (ECOCERT və ORGANİC sertifikatların sahibidir)
– Heç bir paraben, SLS, etil spirt və heyvan mənşəli piylərə yol verilmir
– Müstəsna etik yanaşma – kosmetika heyvanların üzərində sınaqdan keçmir
– Ən yüksək keyfiyyət standartlarına uyğun diqqətli nəzarət həyata keçirilir
– Kosmetikalarda 95% təbii (və ona identik) maddələr olduğunu təsdiq edən BİO RUS sertifikatı mövcuddur
– Müsəlman icmasının tələblərinə uyğunluğunu təsdiq edən HALAL sertifikatı var.

SAFE ALL – uşaqlar üçün kosmetika seriyası körpələrin həyatının ilk gündən onlara qayğı göstərməsi üçün nəzərdə tutulmuşdur.
Şirkət müasir, gənc və aktiv həyat tərzi keçirən, orqanik məhsullara üstünlük verən və ən əsası övladlarının sağlamlığı üçün ən faydalı məhsulları seçən anaların sorğuları əsasında fəaliyyət göstərməkdədir.
 
 

Hazırladı: Nailə İskəndərova

 
 






 
 

Şərhlər

Menyu