Əsl rus kənd motivləri. RUBAN brendi hörüklər və torpaq tonlarında.


 

Son illər rus moda dünyasında böyük dəyişikliklərə imza atan dizaynerlər Alisa və Culia Rubanın Payız-Qış kolleksiyası ilə özü haqda bəhs etdirməyi bacarıb. Kolleksiyaya aid bütün modellərdə incə vətənpərvərlik notları hiss olunur, podiumdakı libaslar rus milli motivlərini xatırladırdı. 

Modellərin üzərindəki sərt materiallı hörmə işləmələr, saç aksessuraları, çanta modelləri və ümumilikdə rəng paleti Çar Rusiyası dövrünü bizə detallı şəkildə gözümüzdə canlandırır.

Bol kəsimli toxunma sviterlər, midi ətəklər və moda nümayişinin ən diqqət cəlb edən elementi olan fərqli dizaynlı çantaları ilə kolleksiya rus kəndlərinin ab-havasını podiuma daşıyır. Vətənpərvərlik motivləri və dövrün kəndli geyimlərindən ilhamlanaraq istifadə edilən rənglərin harmoniyası da buraya xüsusi axıcılıq qatır.

Kolleksiyanın dizaynını tamamlayan komponentlərdə sadəcə kəndlilər deyil, aristokrat xanımların tərzləri, zəngin xəz detallar, eleqant tül, şifon, atlaz materiallı bluzlar və ətəklər, əyləncəli və cazibədar güpür olduqca maraqlı kəsimlərlə nəzərə alınıb. Rəng palitrası, material seçimi, xəz və hörük detalları, ümumilikdə kolleksiyada istifadə olunan heç bir element insanın gözündən qaçmır.

Podiumda kolleksiyanın təməl rəngi son illərin ən mülayim və sevilən trendi torpaq tonları daha çox istifadə edilərkən, onları ən yenilikçi və şıq formada önə çıxaran qırmızı rəng kolleksiyaya daha da cazibədarlıq qatıb. Eyni zamanda, zərif tüllərdən dizayn edilmiş bohem tərzdəki geyimlərin podiumu bir anda fərqli ab-havaya bürüməsi diqqətdən yayınmır. Hörmə və toxuma materiallarının zərif şifon və atlazlar üzərində istifadəsi isə kontrast şıqlığa əsl nümunədir.

 

Hazırladı: Nailə İskəndərova




 

Şərhlər

Menyu