İynəsiz taxılan hicablar. Zuleykha HİJAB-dan sport-şıq üslublu kolleksiya.

 

 
 
Dünya hicab modasının öncüləri və hicab şıqlığının təmsilçiləri son zamanlar modern, dinamik və qlobal dizaynları ilə ərsəyə gətirdikləri hicab modellərini müxtəlif məhsul çeşidləri ilə bizlərə təqdim edir. Açıqlayacağımız bu xəbər ən çox hicab geyinən xanımları sevindirəcək. 
 
Modanın sürətlə inkişaf etdiyi bir dövrdə hicablı xanımlar üçün dəb aləminin son yeniliklərini izləyib qarderobumuza gətirən yeni brend Zuleykha HİJAB-ı Sizlərə tanıtmaq istərdim.

Brend ilk gündəlik hicab kolleksiyasını təbiətin təsiredici tonlarından götürmüşdür. Xanımların komfortunu təmin edən keyfiyyətli jers materialdan hazırlanan bu baş örtülərinə əsl xəz dəridən hazırlanmış detallarla daha maraqlı görkəm verməyə çalışmışdır. 
 
Zuleykha HİJAB-ın günlük ilk kolleksiyası sport-şıq üslubunda dizayn edilmiş və bizləri maksimum komfortlu hiss etdirmək üçün düşünülmüşdür. Bu hicabların digər önəmli özəlliyi isə onların iynəsiz taxıla bilməsidir.  
 
 

Hazırladı: Nailə İskəndərova
Model: Sayana Əliyeva

Foto: Elvino Photography 

Instagram: @zuleykhahijab



 
 













 
 

Şərhlər

Menyu