BLUMARİNE. Bahar tək çiçəkləyən qış kolleksiyası.

 

 

Sofistik cizgiləri ilə həmişə diqqət çəkən İtalyan moda evi BLUMAIRNE zərif detallar və incə işləmələrin hakim olduğu Qış Kolleksiyası 2017 ilə diqqətləri üzərinə çəkə bilmişdir.

Klassik tül və şifonun, güpürün bütün zərifliyi, fərqli tərzdəki materiallar və möhtəşəm əl işləmələrinin istifadəsi və nəhayət xəz dəri üst geyimlər kolleksiyanın dizaynına romantik və iddialı hava qata bilmişdir.
Burada “Ton Sur Ton” kombinlər, şəffaf tüllər, ənənəvi və orijinal printlər və əl işçiliyindəki son yeniliklərin istifadə edildiyi fərqli alternativləri müşahidə edə bilərik.

Kolleksiyada ilk gözə çarpan detallar işıltılı, biserli geyimlər, göstərişli naxış və printlər, çiçək motivləri və gözalıcı rənglərdir. Lakin brend ənənəvi pastel tonlarına qarşı da biganə qalmamış və yenə bu tonları möhtəşəm formalarda bizlərə təqdim etmişdir.

Futuristik tərzi ilə güclü və modern gözəlliklər bəxş edən kolleksiya eyni zamanda xəfif cizgiləri ilə zəriflik təssüratı yaradır.
Burada pastel tonları ilə bərabər çiçək naxışlarının da tez-tez istifadə edilməsi kolleksiyaya yaz gəlmədən bahar nəfəsi vermişdir.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 


























 
 

Şərhlər

Menyu