Bənzərsiz təbiət motivləri. Dizayner Asiya Bareeva “Bella Kareema” hicab brendi üçün.


 
 

Asiya Bareeva Moskvada yaşayan və özünün əsasən romantik məzmunlu geyim və aksessuar kolleksiyaları ilə tanınan dizayner və stilistdir. Onun “Bella Kareema” üçün ərsəyə gətirdiyi müxtəsər əməyi brendin müsəlman xanımlar üçün dizayn edilmiş kolleksiyasına yenilikçi bir baxış bucağı gətirdi.

Dizayner bu mövsüm Payız-Qış kolleksiyasını Şimali Qafqaz dağlarına həsr etmişdir. Kolleksiyada nəzərdə tutulan təbii motivlər müxtəlif rənglər, teksturalar, naxış və silüetlərdə öz əksini tapıb. Sviterlər və libaslarda təbiətin güc simvolu olan yüksək dağlar və geometrik işləmələr fotoların zəngin məzmunu ilə tamamlanaraq cəlbedici bir üslub təqdim edib. Kolleksiyanın rəng palitrasına yansıyan təbiətdəki ən unikal və bənzərsiz elementlər kompozisiyanı özünəməxsus edən əsas detallardandır.

 


 

Dağlar arxasında gün batımının əksini, qədimi daşlar üzərinə sıçrayan gün şüasını, hündür dağ sıralarının araladığı mavi səmanı, torpağı və qayaları təkrar edən təməl rəng çalarları vasitəsilə təbiət gözümüzün önündə əksini tapıb. İstifadə edilən naxış və printlər kəskin təpələrə, qıvrımlı dağ yollarına və ətrafı qucaqlayan yaşıllıqlara həyat verib.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 

















 
 

Şərhlər

Menyu