GRAMMY 2017. Gecənin ən əlvan simaları.

 

 
 

Musiqi dünyasının ən prestijli mükafatı “Grammy-2017” Fevral ayının 12-də öz sahiblərinə təqdim edildi. Bildiyimiz kimi, “Grammy” dünya şöhrətli simalara, adlı-sanlı sənətçilərə qırmızı xalçada özlərini göstərmək, zövqlərini və seçimlərini nümayiş etdirmək üçün böyük şans verən bir tədbirdir. Bəzi tanınmışlar bu xüsusi gecədə özlərini “ən yaxşı geyinənlər” siyahısına aid etmək üçün əlindən gələni edir, bəziləri şaşırdıcı tərzləri ilə “ən fərqli” olmağa çalışır, bəziləri isə sadəcə əylənir.

Bu ilki gecənin ən səs-küy yaradan hadisəsi səhnə performansı ilə hərkəsi heyrətləndirən Beyons və 5 nominasiyada mükafat alan Adel oldu. Ən məşhur simaların səhnə aldığı və dünyaya səs salan gecədə ulduzların performansı və açıqlamaları qədər həmçinin şıqlıqları, seçdikləri geyimləri də diqqətlərdən yayınmayıb.

 
 

 

Görünür, Beyons səhnə şousu, Roberto Kavallinin keçmiş kreativ direktoru Piter Dandas imzalı libası ilə hələ uzun müddət xatirələrdən silinməyəcək.

Mərasim hər il olduğu kimi, bu il də rəngarəng libaslarla ev sahibliyi edib. Məşhur simaların dəbdəbəli şıqlığı və göz oxşayan cazibədarlığı ilə yanaşı, fərqlilik, orijinallıq və iddialı dekoltelər həmişəki kimi gecənin əsas müzakirə mövzularından oldu.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 
























 
 

Şərhlər

Menyu