Fevral ayının ən həyəcanlı günü.. Sevgililər Gününə bizimlə hazırlaş!

Fevral ayının ən həyəcanlı günü..
Planlar qurulub, hər şey hazırdır, lakin həmin özəl günün lukunu necə təyin edəcəm sualı fikirlərimizi hələ də məşğul edir. Bu suala bizimlə birlikdə cavablar tapacaq və fikir sahibi olacaqsınız. Bu önəmli gün üçün hazırlaşdığınız romantik axşamda şıq, cazibədar və gözəl görünmək mütləqdir.

Bəs qışın tam ortasında belə bir günə necə hazırlanmalı?
Sevgililər günü üçün geyimdən aksessuarlara, makiyajdan saça hər xırda detal tamamlanmış olmalı, gecənin mövzusuna uyğun olmalıdır.

 
 

#1. Özünü daha şıltaq hiss etmək üçün səhəri əyləncəli duş qəbul etməklə başla. 
Məsələn, LUSH brendinə aid məzəli sabunlar səhər əhvalının bu önəmli hadisəyə kökləməyə bir təkan olacaq. Xəyalən canlandırdığın uçuşan ürəklər günün sonuna dək ətrafında dolaşacaq.

 
 

#2. Sevgililər günü kombinlərində əsas nələrə diqqət etməli? 
14 Fevral kombinlərinin hamımızın bildiyi favorit rəngləri var – qırmızı və onun müxtəlif tonları. Bu rəngi sevən xanımlar nəinki geyimdə, xırda detallarda da onu bolluca istifadə edə bilər.
Qeyd edək ki, kombinlərinizdəki ürək detallar isə geyiminizin bu gecəyə uyğun olduğunu tamılıqla nümayiş edəcək.


 
 

#3. Dabanlı ayaqqabıların tamamladığı şarm 

 Seçdiyiniz ayaqqabıların yüksək dabanlı və zərif dizaynlı olması vacib elementdir. Bu cür ayaqqabıları tez-tez geyinməyi sevmirsinizsə belə, bu gecədə seçiminizin daha qadınsı görkəm verəcək aksessuarlarla məhdudlaşdırsanız daha kübar görünəcəksiniz. Bu detal sizə daha zərif, ən əsası isə inamlı görüntü bəxş edəcək.


 
 

#4. Makiyajla sehirli toxunuş 

14 Fevral il boyu qeyd edilən ən romantik gün olduğundan hər zamankından daha gözəl görünməyi arzulamağınız təbii haldır.  Geyimimiz qədər bu işi tamamlayan ən önəmli komponent isə təbii ki, üz gözəlliyimizdir. Etdiyimiz makiyajın daha qüsursuz görüntüyə sahib olması üçün bir neçə gün öncədən dərimizə qulluq etmənin faydası böyükdür. Bu səbəbdən,
bir gün öncə üzünüzə maskalar edərək dərinizi ziyafət makiyajına hazırlayın.

Keçək makiyaja! Etiraf etmək lazımdır ki, qadınlar bəzək-düzəyi sevdiyi qədər kişilər daha bizi daha çox təbii və sadə görkəmdə sevir. Hətta ziyafətlər üçün. Lakin bunu özümüzə dərd etməyək. Çünki mövsümün trend makiyajları təbii dəri rənginə yaxın və ya parlaq olmayan tonlar üzərində təmsil olunur. Bu vəziyyətdə dəbdəbəli görünməyimiz üşün yeganə xilaskarımız bronz, qızılı göz kölgələri işıltılı toxunuşlarla sadə makiyaja ziyafət görüntüsü bəxş etmiş olur. Makiyaj trendlərində yenilikləri izləyirsinizsə, KYLİE-nin bu parlaq dodaq boyası məhz belə məxsusi günlərdə dadımıza çatan, qablaşdırması ilə belə romantik ab-hava gətirən səbəbdir.


 
 

#5. Tellərini yana dara.. 
Saçınız qısa da olsa, uzun da olsa onların funksiyası həmən gecə obrazınıza romantiklik qatmaqdır.
Birlikdə olduğunuz insana daha zərif görünə bilmək üçün adət etdiyi şıltaq qızcığaz obrazından çıxıb, bir qədər sirrli qadınsı şarmınız sayəsində özünüzə olan marağı da artırmış olarsınız. Heç zaman dəbdən düşməyən romantik hörüklər və xəfif dalğalı saçlar bu məqsəd üçün ən yerinə düşən seçimdir.


 
 
#6. İncə detallarda gizlənmiş dəbdəbə

Sevgililər Günündə yaşayacağınız romantik anlarda göz qamaşdırıb bu günü digər günlərdən fərqli etmək öz əlimizdədir. Qadın olub, xırda detalları önəmsəməmək isə qeyri-mümkündür. Aksessuarlar ən incə toxunuşla üzərinizdəki istənilən libası romantikləşdirir, onlara daha şarmlı görkəm verir.


 
 

#7. Bir dişlək şokolad xoşbəxtlik hormonunuzu işə salacaq

Artıq mifik səslənməyən fakt budur ki, bir tərəfdən artıq çəkimizə səbəb olan şokoladların, digər tərəfdən də faydalı məqsədi var. Onlar əhvalımızı qaldırır, bizə istənilən görüşdən öncə şir ürəkli inam verir. Odur ki, qapıdan çıxarkən bir dişlək şokoladınızı unutmayın!


 
 

Hazırladı: Nailə İskəndərova

 
 

Şərhlər

Menyu