Mahal Style Bloqu | Top 5 qadın avtomobilinin özəllikləri

 

 
 
Bildiyiniz kimi mən bir müddətdir ki, ortalarda yox idim.
 
Niyəmi ? 🙂
 
Səbəb, həyatımda yaxşılığa doğru baş vermiş kəskin dəyişikliklər idi! Öyrənmə mərhələsində olduğum üçün paylaşımlarımı az edirdim. Fikrinizin “kəskin dəyişikliklər” sözündə qaldığının fərqindəyəm 🙂 Belə ki, “kişilərin” sferasına “cəsarətli” addım atmışam! Avtomobillərlə yaxından yox, hətta çox yaxından maraqlanıram. Bir sözlə işim maşındır. 🙂
İş belə ikən, istəyirəm sizinlə biz xanımlar üçün təchiz olunmuş 5 avtomobildən danışım. Daha doğrusu ümumilikdə qarşı cinsin nümayəndələri onu necə görür.
 
Niyə kişilər?
 
İstər avtomobillərin satışında, istərsə də istehsalatında işçilərin 95%- i kişilərdir. Bizim üçün maşınları da onlar dizayn edirlər.
 

Hazırsınızsa keçək əsas məsələyə!

 

 FİAT 500

 
 
İtalyanların beyninin təzahürü olan bu avtomobillərin istehsalı zamanı sırf qadın faktoru nəzərə alınıb. Çəkdikləri reklamlarında da hətta kaprizlərimizə yer veriblər. Haqqında qısa məlumat vermək lazımdırsa, tanış olun.
 

 
Bu avtomobilin ilk buraxılışı 1950 -ci ildə olub, 2007-2008-ci ildə xırda dəyişikliklər edilərək “Yeni Fiat 500”  adlandırılıb. İki (sedan) və üç (estate) qapılı növləri var. Benzinlə işləyir. Maximum sürət həddi 150 km/s -dır. Bizə yer verdikləri o məşhur reklam toplusunu sizinlə bölüşürəm.-http://bit.ly/2jpfjF9
 
 

 

 
 
MİNİ COOPER

 İlk istehsalı 1959- cu il olan Mini ötən əsrin iddialı avtomobillərindən olmuşdur. Bu məşhur marka BMW qrupuna aiddir. 2001 – ci ildə BMW  gözlə görülən dəyişikliklər edib avtomobil bazarına cəsarətli təkliflə addım atmışdır.

 

 
100 km/s -a 9.2 saniyəyə çıxan bu mini avtomobilin zavodu İngiltərə, Oksfordda yerləşir.
Sizə  video göstərmək istəyirəm. Yenə xanımın gücünü görəcəksiniz. Reklamdan tam bir BMW ətri gəlir! Yəqin ki, məlumatı olanlar nəyi nəzərdə tutduğumu artıq anladılar. – http://bit.ly/2kJSI30
 


 
 
VOLKSWAGEN BEETLE


 
1.2, 1.4, 1.6 motorlu bu avtomobil dünyada ən çox səs salmış avtomobillərdən biridir. Volkswagen qrupuna aid Beetle-da tam bir Alman ruhu və Meksika havası var.

Köhnə və yeni Beetle-ları qarşılaşdırsaq, qadınlar üçün uyğun görülən yeni versiyasıdır. Rənglərindən tutmuş içinin rahatlığına, mühərrikin gücünə qədər sırf bizləri düşünüb dizayn ediblərmiş kimi..
 

 

Formasına görə, “böcək” adlandırılan bu avtomobillərin real istehlakçılarının 80 % -dən çoxu qadınlardır. Bir sözlə güclü PR sosial dünyada istədiyinə nail olub! Hələ ötən əsrin Beetle-ını toy avtomobilləri edənlərin sayını demirəm. 🙂

 


 
 

SMART FOR TWO


 
Klassik avtmobillərin görünüşünə öyrəşdiyimizdən bu iki qapılı bapbalaca formada təchiz olunmuş Smart-ı oyuncaq maşına oxşadırıq. Ön və arxa hissəsi yox kimidir. Yeni başlayanlar, maşın sürməkdən qorxan xanımlar üçün ideal avtomobildir!
Şəhər içində 6 litr benzin istifadə edən Smart-ın istehlakçıları arasında daha çox xanımlar yer tutur. Belə ki, onların sayı  75 %.
 



 
 
SEAT Mii by Mango

 
Hər modelində xanımları düşünən İspanların ən səs gətirən avtomobili SEAT Mii buraxıldığı il satış sayına görə digər avtomobilləri çox geridə qoymuşdur. Onlar bir qadın üçün lazım olan rahatlığı Mii-də təmin etməyi bacarmışlar. Hətta digər avtomobillərin konsepti ilə müqayisədə diskriminasiya aydın şəkildə görünür.
 

 
Bu avtomobil Mango geyim mağazasının gəlirlərini dəfələrlə çoxaltdı və nəticədə uzun müddətli kontrakt bağlandı. Hətta Mango “Mii Mango” süranələri üçün məhsullarında müəyyən endirimlər də edirdi.
 


 
 
 
Bax belə, gördüyünüz kimi qarşı cinsin nümayəndələri bizim üçün avtomobilləri yığcam, zəif mühərrikli, incə formada görür və istehsal edirlər. Tək-tük markalar bu işə qadınları cəlb edir. Bu nə dərəcədə uğurlu, ya uğursuz alınır, siz qərar verin.
Bütün bunlara əlavə olaraq, mən isə tam əksinə, güclü mühərrikli, kobud və ağır avtomobilləri sürməyi sevirəm. İdarə etdiklərim də dediyim cinsdən olub.
 

Bəs siz? Sizin hansı avtomobillər xoşunuza gəlir? Hansına sahibsiniz və ya sahib olmaq arzusundasınız?

Fikirlərinizi mənimlə bölüşsəniz məmnun olaram. 🙂

SON deyil, bir də görüşəcəyik!
 
 
 
Hazırladı: Məhbubə Əliyeva
Instagram: @mahal_style
Facebook: Mahal Aliyeva
 
 

Şərhlər

Menyu