TREND | Yanvarın Seçməsi | Pastel çəhrayı

 

 

Qadınsı pastel tonlar artıq bir neçə ildir ki, moda dünyasının zirvəsində olub dəbsevərlərin ən çox üstünlük verdiyi rəng çalarına çevrilmişdir. Trend şəklini alan pastel rənglər içərisində çəhrayı isə xüsusi ilə dominantlıq edərək butik rəflərində daha tez-tez rast gəlinir.

Söhbət qış modası və qış kombinlərindən getdikdə, bir neçə il öncəsinə qədər pastel çəhrayı kimi açıq tonlar “qışda açıq rəng geyinilməz” stereotiplərinin altında əzilirdi. Lakin dəyişən moda dünyası, yeniliklər, son trendlər deyəsən bu anlayışın silinməsinə doğru gedir.

Sirr deyil ki, qadınlar hələ uşaqlıqdan çəhrayı rəngə bağlı olur, onun fərqli tonlarında donlar geyinir. Onların bu uşaqlıq alüdəsi böyüklər üçün nəzərdə tutulmuş qarderobda yer alması pastel çəhrayını sanki optimistlik yayan rahatlıq və sakitlik detalına çevirir, onu daşıyan sahibəsinə şəfqətli və hüzurlu ab-hava yaşadır.

 


 

Bəs pastel çəhrayını necə geyinməli? Canlı və parlaq çəhrayı daha gözəçarpan görüntüyə sahib olduğu üçün onlarla balansı qoruya biləcəyimiz kombinlər yaratmalıyıq. Lakin solğun çəhrayı digər bir çox rəng ilə möhtəşəm harmoniya içərisində ola bilir ki, bu da onu kombinlərimizdə asanlıqla istifadə edə biləcəyimiz deməkdir. Bu rəngin digər unikallığı həm də onun təpədən topuğa monoxrom üslubda geyinilə bilməsindədir.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 













 
 

Şərhlər

Menyu