Zuleykha HİCAB. Ziyafət hicabları brendin ilk kolleksiyası oldu.

 

 
 

Ziyafət geyimləri ən gözəl günlərimizdə, sevdiklərimizin özəl anlarına şahidlik edərkən seçdiyimiz gözalıcı geyimlərdir. Bu özəl günlərdə bütün xanımlar ovsunlayıcı şıqlığı ilə daima yadda qalmaq istərlər. Zuleykha HİJAB bunu hicablı xanımlarımız üçün də mümkünə çevirir! Çünki şıqlıq və zəriflik hicablı xanımların da haqqıdır..

Zuleykha HİJAB müsəlman xanımlara xitab edən özəl ziyafət kolleksiyası hicablı xanımların xüsusi marağına səbəb olacaq. Brend növbəti kolleksiyasında arzuladığı dəbdəbəyə qovuşmaq istəyənlər üçün bir-birindən fərqli əl işləməli hicab modellərini şıq və yaradıcı dizaynı ilə təqdim edir.
 
 

Zərif şifon üzərində əl işləməli büllur tək parlayan kristal daşlarla bəzədilmiş bu hicabın dəbdəbəli görünüşü həm də onun funksional dizaynlı olmasındadır. Bu hicablar üzərində bone ilə dizayn edilərək asanlıqla taxıla bilən formada düşünülmüşdür.
 
 

 

Kolleksiya aid klassik qaranın kübarlığı, zərif və incə şifon, parlaq kristalların unikallığı qarderobunuzda ziyafətlərə özəl xüsusi hicabınızın olacağına əminlik yaradacaq.

 
 

Hazırladı: Nailə İskəndərova
Foto: Elvino Photography 
Instagram: @zuleykhahijab


 
 


Şərhlər

Menyu